Milli Məclisdə deputatlar arasında mübahisə düşüb

Xəbərin çap versiyası
Tarix: 15-11-2018, 14:15    |    Xəbər oxunub: 651 dəfə
Milli Məclisdə deputatlar arasında mübahisə düşüb


"Bəzi hallarda demək olmur, jurnalistlər başqa cür yozur. Müəyyən vaxtlarda texniki işçilər Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı səs verirdilər. Bu, parlamentin nüfuzuna xələl gətirir. Doğru olaraq Konstitusiyaya salındı ki, deputat şəxsən özü səs verməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.

"Kimsə texniki işçiyə arxayın olaraq parlamentin iclasında iştirak etmirsə, birdəfəlik şəxsi işi ilə məşğul olmalıdır. Statusumuza uyğun olaraq bu qanuna dəyişikliyi müdafiə etməliyik”, - o deyib.

Ç.Qənizadə Milli Məclisin plenar iclaslarının ikinci hissəsində iştirak etməyən deputatları tənqid edib: "Bəziləri saat 12:00-da Milli Məclisin plenar iclasına gəlir, saat 14:00-dan -fasilədən sonra iclası tərk edir. Həmin vaxt Gəncədə və Şəmkirdə yeyib-içən deputatlar bilməlidir ki, saat 16:00-da yenidən Milli Məclisdə olmaq lazımdır. Burada bəhanə axtarmağa ehtiyac görmürəm”.

Deputat İlham Əliyev Ç.Qənizadəyə cavab olaraq deyib ki, hər kəs özünə cavabdehdir: "Deputat plenar iclasın birinci hissəsində qeydiyyatdan keçərək iştirak edir, ikinci hissədə üzrlü səbəbdən iştirak edə bilmirsə, bunu Milli Məclisə necə bildirməlidir? Bəzən elə olur ki, tədbirlərə dəvət oluruq, bu tədbirlər də, adətən, günün ikinci hissəsində olur. Kimin ikinci hissədə harada iştirak etməsinin kiməsə aidiyyəti yoxdur. Hər bir deputat özünə cavabdehdir”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur