"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq


"Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq


HUB-lar konsepsiyasına uyğun olaraq "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra Nəqliyyat Mübadilə Mərkəzi qeyd edilən əraziyə köçürüləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu