Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi- VİDEO

Xəbərin çap versiyası
Tarix: 15-11-2018, 18:15    |    Xəbər oxunub: 712 dəfə
Qənirə Paşayeva MM-də bir qrup şəhid ailəsinin təkliflərini səsləndirdi-


Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında bir qrup şəhid ailələrini narahat edən məsələyə sədarətin və hökumət üzvlərinin diqqətini cəlb etməyə çağırdı.



Millət vəkili sədrə müraciətlə bildirdi: “Hörmətli sədr, təqribən 40 dəqiqədir şəhid ailləri Milli Məclisin binası qarşısında toplaşıblar və xahiş edirlər ki, onların problemləri həll olunsun. Onlar cənab prezidentdən çox razılıq edirlər. Lakin bu gün onların istədikləri budur: biz də bu vəsaiti almaq istəyirik. Bəziləri deyir almışıq, amma o zamanın şərtlərində həmin vəsaitin dəyərinin çox aşağı idi, amma bu gün bu vəsait onların həyatı üçün çox önəmli olduğunu və onlara da verilməsini xahiş edirlər. Bəzi ailələr isə həmin vəsaiti almadıqlarını, onlarla bağlı bir anlaşılmazlığın olduğunu deyirlər, bəziləri isə şəhid ailələri arasında heç bir fərqin qoyulmamasını söyləyirlər. İstəkləri cənab prezidentin şəhid ailələri üçün ayırdığı birdəfəlik ödəmənin onlara da verilməsidir və bu məsələnin həll olunmasını xahiş edirlər. ”

Q.Paşayeva şəhid ailələrinin parlament qarşısında olmasından bəzi xarici qüvvələrin istifadə edə biləcəyindən də bəhs etdi: “Orda bəzi çəkilişlər də var idi, onların kimliyi də bəlli deyildi. Bəzi xarici güclər var ki, bəlkə də bu məsələdən istifadə etmək istəyir. Odur ki, bu məsələyə diqqətin artırılmasını xahiş edirəm. Cənab prezident belə bir gözəl jest edib, şəhid ailələrinə qayğı göstərib. Onlar xahiş edirlər ki, hökumət üzvlərinə təkrar müraciət edək və hökumət bu məsələni müsbət həll etsin və biz də şəhid ailələrimizin bu xahişinə baxılmasının hökumət üzvlərindən xahiş edirik”.

Millət vəkili Q.Paşayeva bildirib: "Parlamentimiz çox böyük işlər görür, beynəlxalq əlaqələrdə və beynəlxalq təşkilatlarda gördüyü iş buna misaldır. Parlament nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq təşkilatlarda təmsil olunurlar. Bu il 1948-ci ildə soydaşlarımızın Ermənistandan, tarixi ata-baba torpaqlarımızdan didərgin salınmasının 70 illiyi, həmçinin 1988-ci ildə Ermənistanın yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımızın öz yurd-yuvalarından qovulmasının 30 illiyi tamam oldu. Bir sıra təşkilatlarda, misal üçün Avropa Şurası da daxil bununla bağlı sərgilər, tədbirlərin keçirilməsini reallaşdırmaq olar. Ona görə bizim nümayəndə heyətlərimizin təmsil olunduqları beynəlxalq təşkilatlarda bu cür tədbirləri həyata keçirə bilməsi üçün informasiya müharibəsində və həqiqətlərimizn təbliğində əhəmiyyətli olduğunu nəzərə alaraq onların həyata keçirilməsi üçün büdcədən vəsaitin ayrılması yaxşı olardı.

Millət vəkili Q.Paşayeva telekanallarda Parlament tərəfindən qəbul edilən qanunlar, əlavə və dəyişikliklərin cəmiyyətə daha geniş çatdırılması üçün proqramların artmasının vacibliyini vurğulayıb: "Dövlət büdcəsindən maliyyələşən dövlət televiziyasında və İctimai TV-də Parlamentimiz tərəfindən qəbul olunan qanunlar və qanunlara edilən əlavə və dəyişikliklər barədə cəmiyyətə məlumat verən maarifləndirici proqramlar artmalıdır. Bəzi vətəndaşlarımız qanunlardan, qanunlarla onlara verilən hüquqlardan məlumatsızdırlar. Televiziyalarımızda insanlara qəbul edilən qanunlar barədə məlumat verən maatifləndirici proqramlar artsa, bu zaman insanlarımız öz hüquqlarını daha yaxşı biləcəklər və bu kimi maarifləndirici proqramlar cəmiyyətimizin maarifləndirilməsi üçün daha çox lazımdır. Ona görə də bu məsələyə müvafiq qurumları ciddi diqqət göstərməyə çağırıram."

Millət vəkili Q.Paşayevanın MM-də çıxış videosunun linkini burdan izləyə bilərsiniz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Qalatasaray"dan 22-ci çempionluq!

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir -

Gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı daha bir tədbir - FOTOLAR

Eurovision 2019:

Eurovision 2019: Final qabağı həyəcan və son hazırlıqlar

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

“Qanuni oğru” Koroğlu Məmmədov həbsxanadan çıxdı

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar-

Cavid Qurbanovun 10 milyon dollara məsləhət alacağı şirkətlə bağlı maraqlı faktlar- FOTOLAR

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir-

Azərbaycanlı jurnalist Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir- FOTO

Bakıda ticarət mərkəzində yanğın:

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub-

Tərtərdə Nürəddin Aslanovun “Son nəfəsədək” filmi nümayiş olunub- FOTOLAR

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Boşananların sayı 4 minə çatır

Boşananların sayı 4 minə çatır

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur