SON DƏQİQƏ
- “Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır
- Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…
- "Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR
- İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
- Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib
- Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI
- Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib
- İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR
- Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR
- BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb
- İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR
- Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar
Bilik Fondu tələbələri dövlət qulluğu ilə bağlı məlumatlandırıb
Tarix: 16-11-2018, 16:32 | Xəbər oxunub: 590 dəfə
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Dövlət qulluğunun əsas vəzifələri və prinsipləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, Dövlət İmtahan Mərkəzinin sektor müdirləri Əlişirin Şükürov, Tural Əlizadə, universitetin yuxarı kurs tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov Bilik Fondu ilə əməkdaşlıqdan və bu əməkdaşlığın gənclərin maarifləndirilməsi işinə faydasından danışıb.
Sektor müdiri Xatirə Hüseynova Bilik Fondunun fəaliyyətindən bəhs edərək gəncləri maarifləndirici layihələrdən faydalanmağa çağırıb. Bildirib ki, ali təhsilini başa vuranların əmək fəaliyyətinə başlamaları üçün dövlət qulluğu haqqında ətraflı məlumat almaları səmərəli nəticələr əldə etmələrinə yardım edəcək. Sektor müdiri gənclərin dövlət qulluğuna marağının stimullaşdırılması üçün universitetdə ödənişsiz hazırlıq kurslarının yaradılması təklifini irəli sürüb. Prorektor E.Aslanov universitet rəhbərliyinin təklifi müsbət qarşılayacağını söyləyərək, tələbələr arasında bununla bağlı sorğu keçiriləcəyini deyib.
DİM-in əməkdaşı Əlişirin Şükürov dövlət qulluğuna qəbulla bağlı müsabiqənin şərtləri, keçirilmə qaydaları haqqında ətraflı məlumat verib. Mərkəzin rəsmisi dövlət qulluğunun Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq, dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsi olduğunu qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin Fondda elmi-tədqiqat təcrübəsi keçən II kurs magistrantları Xanım Rəhimova və Aysan Abdullayeva tələbələrə dövlət qulluqçusunun etik davranış qaydaları, əsas funksiyaları haqqında məlumat veriblər.
Tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Diqqətinizi çəkə biləcək digər xəbərlər