İstirahət günlərində gözlənilən hava proqnozu açıqlandı

Xəbərin çap versiyası
Tarix: 16-11-2018, 17:25    |    Xəbər oxunub: 572 dəfə
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlandı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, gündüz saatlarında hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Zəif şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.



Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, noyabrın 17-də bəzi yerlərdə arabir yağış yağacağı, noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə arabir duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 11-14, dağlıq rayonlarda 8-11 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, noyabrın 17-də çiskin olacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 10-15 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 13-16 dərəcə isti təşkil edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

BNA ilə Milli Paralimpiya Komitəsi arasında memorandum imzalanıb

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb-

İnam Kərimov nazirliyin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb- FOTOLAR

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

Vikipediyaçılar milli qəhrəmanlarla haqda dörd xarici dildə məqalə yaradıblar

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur