“Azərsu” işçi axtarır- VAKANSİYA


“Azərsu” işçi axtarır-


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ucar və Masallı şəhərlərində yaradılacaq regional laboratoriyalar üzrə kadr potensialının gücləndirilməsi məqsədilə kimyaçı və bioloq ixtisasları üzrə işçi qəbulu elan edir.



Tələb olunan şərtlər:

1. Ali təhsil

2. Müvafiq ixtisaslar üzrə analitik biliklərin olması

3. Word və Excel proqramlarında işləmək bacarığı

İş prosesi zamanı tələb olunan əsas vəzifələr:

Kimyaçılar üçün

- pHmetr, konduktometr, turbidimetr, spektrofotometr cihazları ilə işləmə

- Kimyəvi məhlulların hazırlanması

- Su nümunələrinin fiziki-kimyəvi analizlərinin aparılması

- Qravimetrik və titrimetrik analizlərin aparılması

- Analiz nəticə hesabatlarının hazırlanması

Mikrobioloqlar üçün

- Qidalı mühitlərin hazırlanması

- Sterilizasiya işləri

- Membran filtr üsulu ilə mikrobioloji analiz (ümumi koliform və E-coli)

- Analiz nəticə hesabatlarının hazırlanması

Namizədlər işə müraciət anket formasını (CV) doldurub perviz.mansurov@azersu.az email ünvanına göndərə bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu