Payız ağacəkmə kampaniyası davam edir


Payız ağacəkmə kampaniyası davam edir


“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına Nərimanov rayonunun 69 nömrəli körpələr evi-uşaq bağçasının və 36 nömrəli tam orta məktəbin kollektivi də qoşulub.



Uşaq bağçasında keçirilən aksiyada uşaqlar valideynlərinin və müəllimlərin köməyi ilə müəssisənin həyətyanı sahəsində 50-dən çox, məktəblilər isə məktəbin həyətində 60-dan artıq müxtəlif cinsli ağac tingi əkiblər.

Ağacəkmə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ETSN-nin əməkdaşları, KİV nümayəndələri də iştirak edib. Qeyd edək ki, əkilən ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin tinglik sahəsində yetişdirilib.

Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.

Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir
Payız ağacəkmə kampaniyası davam edir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu