Şəhid haqqını yemək millətə, dövlətə, prezidentə xəyanətdir!- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 5-12-2018, 12:23    |    Xəbər oxunub: 577 dəfə
Şəhid haqqını yemək millətə, dövlətə, prezidentə xəyanətdir!-


Şəhid qanı yerdə qalmayacaq! Şəhid haqqı yerdə qalmayacaq! Şəhidin haqqını yeyənlərin burnundan şəhidin axıtdığı qan gələcək!



Bu bir gün olacaq! Tez ya, gec! Ancaq olacaq!

Bu nə biabırçılıqdır?!



Şəhidə 11 min manat pul ayrıldı. Ancaq 90 faiz şəhid ailələrinə dedilər ki, get, sən alıb yemisən! Otur yerində. Pul zad yoxdur! 10 faiz şəhid ailələri adlarını axtarıb siyahıda tapanda sevindilər. Ancaq bu sevinc də uzun sürmədi. İndi həmin ailələrə qarşı süründürməçilik edilir.
Qazax rayon sakini Firuz Xasmemmedov şəhid qardaşıdır. Qardaşı Tahir Xasməmmədov Qarabağ döyüşçülərində könüllü olaraq cəbhəyə yollanıb. Silahsız, ağır bir vəziyyətdə Vətən uğrunda döyüşüb. Qan töküb, can verib. Ən acınacaqlısı da odur ki, Şəhid Tahir Xasməmmədovun meyidi düşmən əlində qalıb. O şəhidin doğmalarına məzarı da yadigar qalmayıb. Şəhid Tahir Xasməmmədovun qardaşlarının maddi durumları heç də ürəkaçan deyil. Şəhidin adı siyahıda tapılsa da, aidiyyəti dövlət orqanlarının bəi işçiləri pulu verməmək üçün min dona girirlər. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Pərviz adlı əməkdaşı öhdəsinə düşən işi nədənsə yerinə yetirmir. Süründürməçilik edir. Gah ailəyə Qazax rayonu Dövlət Notariat Kontorunun lazımi sənədləri onlara göndərmədiyini deyirlər. Qazax Dövlət Notariat Kontoru Sosial müdafiə nazirliyi ilə əlaqə saxlayanda deyirlər ki, bu işlərə Pərviz baxır. Qazaxdan Pərvizə zəng edirlər. Pərviz deyir ki, bir saat sonra gözləyin baxım görüm Qazaxdan göndərilən vərəsəlik sənədi bizim email ünvanına gəlibmi? Bir saat sonra zəng edilir, deyir, iki saat sonra zəng edin. İki saat sonra zəng edilir, deyir, işim çoxdur, iki gün sonra zəng edin. Axı bu nə süründürməçilikdir?! Elə fikirləşməyin ki, o adamlar bezib sizə müraciət etməyəcəklər, siz də onların göndərdiyi sənədlərə lazım olan vaxtda imza atacaqsınız. Elə bir iş iştahınızdan keçməsin! Bu şəhidin haqqıdır! Şəhidin haqqını yemək millətə, dövlətə, prezidentə xəyanət etmək deməkdir! Ey səlahiyyətlilər, işinizin öhdəsindən vicdanla gəlin. Millətə, dövlətə, prezidentə xəyanət etməyin!

Yayda mən şəhid Tahir Xasməmmədovun ata evində oldum. Qardaşı Firuz Xasməmmədov və həyat yoldaşı əlildir. Firuz Xasməmmədov əlil arabasında gəzir. Siz bu əlil insanı, ayağı yer tutmayan insanı neçə dəfə Qazax Rayon Dövlət Notariat Kontoruna göndərəcəksiniz?
Bu işdə köməyi çatan insanlara burdan müraciət (bir-bir ad yazmıram) edirəm və xahiş edirəm: Şəhid Tahir Xasməmmədovun qan pulunun alınıb ailəsinə verilməsində öz hüquqi və qanuni imkanlarınızdan istifadə edin. Şəhidin haqqını ailəsinə çatdırın. İşinin öhdəsindən gələ bilməyənlərə yedirtməyin şəhid haqqını!

Şəhid haqqını yemək millətə, dövlətə, prezidentə xəyanətdir!-

Şəhid haqqını yemək millətə, dövlətə, prezidentə xəyanətdir!-


Mənbə: Mediapress.az




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Cambulat Umarov:

Cambulat Umarov: “Kütləvi davanın səbəbkarları axtarılır”-VİDEO

Quba və Şəkidə elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə hazırlıq işləri davam edir

Quba və Şəkidə elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqinə hazırlıq işləri davam edir

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda həbs edildi

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda həbs edildi

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”-

“Azərbaycan: tarixi-coğrafi məkan adından müstəqil siyasi dövlətə kimi”- Şəhla Cabbarlı yazır

Azərbaycanın dünya çempionu həbs edildi-

Azərbaycanın dünya çempionu həbs edildi- İşgəncə faktları…

"Özünüməşğulluq" proqramı ilə bağlı daha bir biabırçı FAKT+FOTOLAR

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Sabiq deputatın şirkətində 600 manat maaş alan direktora 9 milyonluq kreditə qol çəkdirilib

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib-

Prezident 5 komissiyanın tərkibində dəyişiklik edib- SİYAHI

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib- FOTOLAR

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib-

Mətbuat Şurasında Qətərdən və Livandan olan bir qrup jurnalistlə görüş keçirilib- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur