ETSN İqdisadiyyat Nazirliyi ilə birlikdə sahibkarlar üçün təqdimat keçirib


ETSN İqdisadiyyat Nazirliyi ilə birlikdə sahibkarlar üçün təqdimat keçirib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqdisadiyyat Nazirliyi ilə birgə mövcud sənaye əhəmiyyətli qeyri-filiz xammal ehtiyatları, onlardan səmərəli istifadə və tətbiqi sahələri ilə bağlı sahibkarlar üçün təqdimat keçirib.



Təqdimat mərasimində Respublika ərazisində mövcud qeyri-filiz, mineral xammal ehtiyatlarının miqdarı, yerləşmə əraziləri, istismar imkanları və tətbiq sahələri barədə məlumat verilib. Sahibkarlara qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların dayanıqlı inkişafının təmin olunması məqsədi ilə istismara cəlb edilə biləcək xammal ehtiyatlarının xarakteristikasını, sənayedə əhəmiyyətini əks etdirən materiallar təqdim olunub.

Tədbirdə məlumat verilib ki, inşaat materialları kimi istifadə edilən qum-çınqıl, əhəngdaşı, qum, gil mineral xammal ehtiyatları ümumi mineral xammal bazasının təqribən 50 faizini əhatə edir ki, bunların da bir qismində istismar işləri həyata keçirilir. Sənayedə istifadə olunan seolit, kükürd, barit, xörək duzu, daş kömür, mineral boyalar, şüşə xammalı, əlvan daşlar və bu kimi digər faydalı qazıntı ehtiyatlarının istismarına da geniş şəraitin olduğu görüş iştirakçılarının diqqətinə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu