Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb


Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb


Dövlət Miqrasiya Xidməti Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin təşkilini davam etdirir.



Dekabrın 6-da "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılış tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək respublikamızın quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətini qeyd edərək, yeni bölmənin fəaliyyətinə uğurlar arzu ediblər.

Fəaliyyətə başlayan yeni miqrasiya bölməsi miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.

Yeni miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və yerində həll edilməsi, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Xidmət bölməsi təkcə ölkəmizə “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

Həmçinin, ilin sonunadək “Astara” (Azərbaycan Respublikası-İran İslam Respublikası) dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Xatırladaq ki, ötən aydan “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsi fəaliyyət göstərir.

Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb
Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb
Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu