Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü qeyd olunub


Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü qeyd olunub


Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü ilə bağlı tədbir keçirilib.



Tədbirdə komitənin “Könüllü fəaliyyəti” ilə bağlı həyata keçirdiyi işlərdən bəhs edilib. Bildirilib ki, gənclərə dəstək və onların məşğulluq səviyyəsini yüksəltmək istiqamətində “Könüllülk proqramı”-nı həyata keçirir. Azərbaycan Respublikasının “Könüllü fəaliyyət haqqında” Qanununa əsasən bu layihə ali təhsilli gənclərin peşəkar bilik və bacarıqlarının artırılmasına, komitənin kadr potensialının təkmilləşdirilməsinə yönəlib. Bu günə qədər könüllülük fəaliyyəti üçün ümumilikdə 800-ə yaxın gənc müraciət edib. Onlardan 240-a yaxını könüllü olaraq fəaliyyətə cəlb olunub. İntizamlılıq, kollektivdə işləmək, ünsiyyət, təşkilatçılıq, təşəbbüskarlıq kimi şəxsi keyfiyyət və bacarıqlar üzrə qiymətləndirilən 80-ə yaxın könüllü komitənin qurumlarında işlə təmin olunub. Peşəkar və müasir təfəkkürlü gənclərin xidmət sferalarına, regional ofislərə eləcə də, müxtəlif layihələr üzrə işə qəbul edilməsi komitənin fəaliyyəti üzrə yeni ideyaların yaranmasını təmin edir.

Könüllü fəaliyyətə qəbul edilən tələbə və məzunlar ixtisas üzrə təhsil müddətində əldə etdikləri nəzəri biliklərini təlimlər vasitəsilə inkişaf etdirir. Real iş mühitində fəaliyyət isə könüllülərin zəngin təcrübə qazanmasına şərait yaradır.

Vətəndaşların qarşılanması və əlaqədar əməkdaşlara yönləndirilməsi, müraciətlərə əsasən ərizə formalarının doldurulmasına köməkliyin göstərilməsi xidmətlərdə vətəndaş məmnunluğunu təmin etmək məqsədilə proqramın istiqamətlərini əhatə edir. Eləcə də, xidmətlər üzrə müraciət edən vətəndaşlara qanunvericiliyin və qaydaların düzgün izah edilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri də könüllülük proqramına daxildir.

Daha sonra Beynəlxalq Könüllülər Günü ilə bağlı təqdimat olub. Bildirilib ki, gəncin könüllük fəaliyyəti nəticəsində əldə etdiyi təcrübə, bilik və bacarıqlar gələcəkdə onun peşəkar kimi formalaşmasına kömək edir. Komitə də elə bu prinsipə uyğun olaraq gənclərin könüllük fəaliyyətinə xüsusi önəm verir.

Qeyd edilib ki, ali təhsilli, 18-30 yaş arası, kompüter və dil bilikləri olan hər kəs könüllü olmaq üçün müraciət edə bilər. Göstərilən tələblərə cavab verən şəxslər komitənin rəsmi saytında “Könüllü fəaliyyət” bölməsinə daxil olaraq müraciət edə bilər. Müraciət edənlər mövcud meyarlara uyğun yoxlandıqdan sonra uyğun müsahibəyə dəvət olunur. Müsahibə üzrə uğur qazanan şəxslərlə müqavilə bağlanır və onlar 2-3 aylıq proqram üzrə təlimlərə cəlb olunur. Proqramın sonunda test imtahanından keçən könüllülərə sertifikat və xasiyyətnamə təqdim olunur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan “Könüllülük proqramı” gənclərin sosiallaşmasına, dünyagörüşünün, şəxsi və praktiki bacarıqlarının artırılmasına dəstək olur.

Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü qeyd olunub
Əmlak Məsələləri Dövlət Komitəsində Beynəlxalq Könüllülər Günü qeyd olunub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu