Əməliyyatdan çıxan Qənirə Paşayeva Bakıya qayıtdı


Əməliyyatdan çıxan Qənirə Paşayeva Bakıya qayıtdı


Bir neçə gün öncə Türkiyədə əməliyyat olunan millət vəkili Qənirə Paşayeva artıq Bakıdadır.


AFN xəbər verir ki, bu barədə Modern.az saytına deputatın əmisi Qəzənfər Paşayev məlumat verib. O, Qənirə xanımın vəziyyətinin yaxşı olduğunu söyləyib: “Qənirə qızımız şükürlər olsun ki, yaxşıdır. Bildiyiniz kimi 10 gündən çox olardı ki, səhhətində yaranan problemlə bağlı Türkiyədə sinir əməliyyatı keçirmişdi. İndi səhhətində hər şey qaydasındadır”.

Qəzənfər Paşayev "millət vəkili nə vaxt ölkəyə qayıdacaq" sualına cavab olaraq Qənirə Paşayevanın artıq Bakıda olduğunu da bildirib.

Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu