Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib


Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib


Bakı metropoliteninin yaranmasının 51-ci ildönümü münasibətilə dövlətin fəxri ad və mükafatlarına, həmçinin müəssisənin ali təltifi – "Fəxri metropolitençi" adına layiq görülmüş işçilərin təltif edilməsi mərasimi keçirilib.



Tədbiri müəssisənin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov açaraq, metropolitençilərin təltiflərə layiq görülməsini dövlətin yüksək qayğı və diqqətinin bariz nümunəsi olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin metropolitençi əməyinə verdiyi yüksək qiymətə görə, "Bakı Metropoliteni" QSC rəhbərliyinin və kollektivinin təşəkkürünü ifadə edərək, metropolitençilərin bu yüksək etimadı öz işləri ilə doğruldacaqlarına əmin olduğunu bildirib.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov yüksək ada layiq görülənləri təbrik edərək, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, əməyi, zəhməti ilə bu ada layiq görülmüş metropolitençilər bundan sonra da öz nümunələri ilə həmkarlarına dəstək olacaq, yeni nəsil kadrların hazırlanmasında fəal iştirak edəcəklər.

Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə metro tikintisində xidmətlərinə görə Şaiq Eyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib, "Əməkdar mühəndis" fəxri adına “Bakı Metropoliteni” QSC sədrinin müşaviri Məzahir Nəbiyev, "Tərəqqi" medalına nəqliyyat və xüsusi texnika departamentinin avtomotonəqliyyat kolonunun rəisi Rasim Əmrahov, tikinti departamentinin markşeyder şöbəsinin rəisi Xaləddin Tahirov, yol xidmətinin 2 saylı yol hissəsinin rəisi Qurban Abdusəmədov, tikinti departamentinin sahə rəisləri Rafail Mehtiyev və Əbülfəz Mirzəliyev layiq görülüblər.

Tədbir zamanı "Bakı Metropoliteni" QSC sədrinin əmri ilə yüksək əmək nailiyyətləri əldə etmiş, vəzifə borcunu vicdanla yerinə yetirərək, işdə təşəbbüskarlıq göstərmiş bir qrup metropolitençiyə “Fəxri metropolitençi” adının fərqlənmə nişanı və vəsiqəsi təqdim edilib.

Çıxış edənlər yüksək ad və mükafatlarla təltif edildiklərinə görə Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə edərək, bunu bütün kollektivin əməyinə verilmiş yüksək qiymət kimi dəyərləndirdiklərini, metropolitenin sərnişinlərə bundan sonra da nümunəvi xidmət göstərməsi və inkişaf edib böyüməsi uğrunda səylə çalışacaqlarını dilə gətiriblər.

Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib
Metropoliten işçilərinə fəxri ad və mükafatların təqdim edilməsi mərasimi keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu