Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib- 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı


Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət edib-


Bu gün, 10 Dekabr – Ümumdünya İnsan Hüquqları günü olaraq qeyd olunur.



”Bütün insanlar azad və bərabərdir!” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 70 il əvvəl, 10 Dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul etdi.
Azərbaycanın aparıcı insan haqları təşkilatlarından olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr – Beynəlxalq İnsan Haqları Günü ilə bağlı video müraciət yayıb. Dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa institutlarına və dünyanın bütün hüquq müdafiəçilərinə ünvanlanan müraciətdə Əhməd Şahidov azərbaycanlı əsir və girovlarla bağlı məsələni diqqətə çatdırıb.



Hüquq müdafiəçisi Azərbaycan tərəfinin əsir və girovların dəyişdirilməsi ilə bağlı təklif etdiyi “hamının hamıya” prinsipini dəstəkləməyə çağırış edib. AŞPA-nın İnsan Haqları üzrə komissarı xanım Dunya Miyatoviç, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı xanım Mişel Baçelet Ceria və insan haqları üzrə ixtisaslaşan beynəlxalq təşkilat rəhbərlərinə müraciət edən Əhməd Şahidov bucür kiçik təşəbbüslərin daha böyük sülh və barış üçün başlanğıç nöqtəsi ola biləciyini vurğulayıb.

Mənbə: Hostages.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu