Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub


Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub


Dekabrın 10-da Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil olunan ilkin hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub.



Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov hazırlıq kurslarının dinləyicilərini salamlayaraq bildirib ki, gömrük orqanlarında yeni işə başlayan əməkdaşların öz peşə vəzifələrini uğurla yerinə yetirmələri, həmçinin bilik və bacarıqlarının formalaşdırılması üçün yeni fərqli təlim proqramları ilə dərslər tədris olunur. Qulu Novruzov Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşlarının, o cümlədən Akademiyanın yüksək bilik və peşə bacarığına malik professor-müəllim heyətinin dərslərin tədrisinə cəlb edildiyini deyib. Akademiya rəisi gömrük xidməti əməkdaşlarının ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına birbaşa məsul şəxslər olduğunu nəzərə çatdırıb. Mənəvi keyfiyyətlərin çox mühüm olduğunu deyən Qulu Novruzov gömrük xidməti əməkdaşlarının mədəni davranış, ünsiyyət, bacarıq və yüksək əxlaqi-mənəvi dəyərlərə sahib olmasının da vacibliyini diqqətə çatdırıb. Akademiya rəisi təlimlərin səmərəli olacağına əminliyini ifadə edərək, dinləyicilərə uğurlar arzulayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq kursları keçirilir. Kurslarda dinləyicilərə gömrük işi, o cümlədən gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.

Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub
Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub
Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub
Dövlət Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu