İstanbul Universitetində “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Xəbərin çap versiyası
Tarix: 10-12-2018, 23:27    |    Xəbər oxunub: 542 dəfə
İstanbul Universitetində “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib


Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib.



Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov, “Virtual Qarabağ” İnformasiya – Kommunukasiya Trxnologiyaları Mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikasının Türkiyə Respublikasınnın İstanbul şəhərindəki vitse-konsulu Ramin Hacızadə, sənədli filmin ssenari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, “İslahatçı Gənclər” ictimai Birliyinin sədri Fərid Şahbazlı, İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı Prof. Dr. Fatih Sancaktar, İstanbul Universiteti Tarix Bölümü Öyrətim Üyəsi Prof. Dr. Hilal Bal və başqaları iştirak ediblər.
İstanbul Universitesi Edebiyat Fakültesi Kurul salonunda baş tutan nümayiş öncəsində çıxış edən İstanbul Universiteti Tarix Bölümü Başqan Yardımçısı, Prof. Dr. Fatih Sancaktar Türkiyə və Azərbaycanın qardaşlığının sarsılmaz olduğunu, Ermənistanın soyqırım iddialarına və Azərbaycana hərbi təcavüzünə qarşı Türkiyə və Azərbaycanın birgə fəaliyyətlərin əhəmiyyətini vurğulayıb. Natiq “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin ermənilərin uzun illər yaydıqları yalanları ifşa etdiyini, tarixi həqiqətlərin çatdırılmasında önəmli rol oynayacağənı qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı Şahin İsmayılov çıxışında Türkiyə və Azərbaycan arasında qardaşlıq bağlarının çox əsrlik tarixi olduğunu bildirib. Ş.İsmayıov vurğulayıb ki, iki qardaş ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etməsi hər iki xalqın və dövlətin diqqət mərkəzindədi.
Millət vəkili həmçinin erməni yalanlarının bütün dünyada ifşa edilməsi istiqamətində hər iki ölkənin müvafiq qurumlarının, ictimaiyyət nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və gənclər təşkilatlarının səylərini birləşdirməli olduğunu diqqətə çatdırıb.
“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları mərkəzinin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 100 il öncə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqına bəxş etdiyi dəyərləri, təqdim olunan “İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin məzmunu və xüsusiyyətləri haqqında İstanbul Universiteti müəllim, professor və tələbə heyətinə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan, ingilis, rus, türk dillərində istehsal olunan “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi erməni yalanlarını ifşa etmək, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olması, bu şəhərin türk – müsəlman irsinin tamamilə məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır.
İstanbul Universiteti Tarix Bölümü Öğretim Üyesi Prof. Dr. Halil Bal da çıxışında uzun illərdən bəri Ermənistan rəsmi dairələrinin və diaspora təşkilatlarının dünya ictimaiyyətini aldatdıqlarını bildirərək, bu cür hallara qarşı birgə mübarizənin zəruriliyini önə sürüb.
Sənədli filmin senari müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib ki, bu gün İrəvanda bir məsciddən savayı, yaşı 200 ildən artıq olan tarixi-memarlıq abidəsi qalmayıb, Ermənistan rəhbərliyi tərəfindən yer üzündən silinib. İrəvandan Azərbaycan türklərinin köçürülməsi, ermənilərin işğalçılıq siyasəti haqqında izləyicilərə ətraflı məlumat verdi.
Sonra “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filmi türk dilində nümayiş olunub. Sənədli film İstanbul Universiteti tələbələri, professor, müəllim heyəti tərəfindən maraqla qarşılanıb. Filmdə İrəvan şəhərinin salınması, şəhərdə türk – müsəlman hakimiyyəti, İrəvan qalası, məscidləri, meydanları, karvansaraları, ticarət köşkləri, hamamları, bağları, İrəvanın Çar Rusiyası tərəfindən işğalı və demoqrafik vəziyyəti, İrəvanda Azərbaycan türklərinin mədəni irsinin məhv edilməsi, İrəvandan Azərbaycan türklərinin köçürülməsi, müasir İrəvanda Azərbaycan mədəni irsi haqqında tutarlı tarixi faktlar və təsvirlərlə bəhs edilir.
Film türk dililə yanaşı, Azərbaycan, ingilis və rus dillərində istehsal olunaraq nümayiş etdirilib. Filmin ərsəyə gəlməsində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə əməkdaşlıq olunub.
Filmin ideya müəllifi və layihənin rəhbəri Nurəddin Mehdiyev, baş məsləhətçi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA - nın həqiqi üzvü Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, qurluşçu rejissoru Teymur Nəcəfzadədir.
Xatırladırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015 – ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır. Mərkəz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədəir.

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi
Əlaqə : + 994 12 505 57 90 ; + 994 50 370 55 10




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Leyla Ramazanlıdan İçərişəhər

Leyla Ramazanlıdan İçərişəhər FOTOSESSİYASI

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib-

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib- FOTOLAR

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur