Bu gün Nobel Mükafatı günüdür


Bu gün Nobel Mükafatı günüdür


Bü gün İsveçin paytaxtında 2018-ci il Nobel mükafatçıları təltif olundu. Sülh üzrə mükafat isə Norvecin paytaxtı Oslo şəhərində Nobel Sülh Komitəsi tərəfindən təqdim olunub.



Bu münasibətlə İsveç qəzetlərindən topladığım bilgiləri təhlil edib sizinlə paylaşmağı münasib gördüm.

2018-ci ildə Nobel mükafatı almış üç qadın və doqquz kişi var. Bu il elm və sülh sahələrindəki səylərinə görə 12 nəfər Nobel mükafatı alır. İl onunla əlamətdardır ki, İsveç Akademiyasında Ədəbiyyat üzrə komitədə baş verən toqquşmalar səbəbindən ədəbiyyatda Nobel mükafatına nominasiya işi getmədi və mükafat yoxdur. Bu, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə baş verir.



Aşağıda 2018-ci il Nobel mükafatına layiq olan üç qadın və doqquz kişinin siyahısı göstərilir. Kimya üzrə - Frances Arnold; George P Smith; Gregory Winter; Fizika üzrə - Arthur Ashkin; Gérard Mourou; Donna Strickland; Tibb elmi üzrə- James P Allison; Tasuku Honjo; Iqtisadiyyat üzrə- Paul M. Romer, William D Nordhaus; Sülh üzrə - Denis Mukwege və Nadia Murad.

Bu gün Nobel Mükafatı günüdür

Franses (Frances) Arnold Kimya üzrə Nobel mükafatı alan beşinci qadındır. 1956-cı ildə ABŞ-ın Pittsburgh şəhərində anadan olub, Maşın və Uçuş Mühəndislini bitirmiş və 1985-ci ildə Berkeley ştatının Kaliforniya Universitetində məzun olmuşdur. Hal-hazırda Kaliforniya Pasadena Texnologiya İnstitutunda işləyir.
Frances Arnold kimya üzrə mükafatın yarısı ilə mükafatlandırılır. 1993-cü ildə o, fermentlərin ilk hədəflənmiş təkamülünü aparmışdır və o vaxtdan etibarən yeni katalizatorların hazırlanmasında istifadə olunan metodları inkişaf etdirmişdir. Onun fermentlər üzərində apardığı araşdırma nəticələri bu gün bioyanacaq yaratmaq və kimyəvi maddələrin daha ekoloji bir şəkildə istehsal edilməsi üçün istifadə edilir. O, oğulları ilə birgə Stokholm və Nobel bayramına gəlmişdir.

Bu gün Nobel Mükafatı günüdür

Jorc Smit (George P Smith) 1941-ci ildə ABŞ-ın Norvalk (Norwalk) şəhərində anadan olub və 1970-ci ildə ABŞ-ın Harvard Universitetində məzun olub. Missuri Universitetində professor Emeritusdur.

Smith, Gregory Winter ilə kimya üzrə verilən mükafatın yarısını paylaşır. Smith, 1980-ci illərdə fag ekranı (phage display, bakteriyaları öldürən virus) adlı bir üsul inkişaf etdirmişdir. Bakteriyalara, bakteriyofaglara yoluxan viruslar yeni zülallar istehsal etmək üçün istifadə edilə bilər. Bu üsul autoimmün xəstəliklərə və xərçəngə qarşı yeni dərmanlara gətirib çıxarmışdır.
TT (İsveçin Qəzetlər Telegram bürosu) oktyabrda mükafat barədə informasiya elan olunandan dərhal sonra Smitlə danışarkən o, bir o qədər də həvəsli cavab vermədi. "Bu mükafatı 15 il əvvəl verilsəydi gözəl olardı. Onda mən bu işimdə daha çox müvəffəqiyyət qazanardım, bu təqdiqatlara aradığım xərcləri vaxtında əldə etsəydim çox daha müvəffəqiyyətli olardım. İndi mən artıq təqaüddəyəm, pensiyaya çıxmışam" dedi. Amma Stokholma gəlməyi və mükafatı qəbul etməyi söz verdi.

Bu gün Nobel Mükafatı günüdür

Qreqori Vinter (Sir Gregory Winter) 1951-ci ildə Böyük Britaniyada, Leicester şəhərində anadan olub və 1976-cı ildə Kembric (Cambridge) Universitetini bitirib. Kembricdəki Molekulyar Biologiya laboratoriyasında fəaliyyət göstərir.
Corc Smit ilə birlikdə fag ekranı adlanan üsulla anticismləri inkişaf etdirmə tədqiqatlarına görə mükafata layiq görülmüşdür. Vinter anticismlərin yönlü-məqsədli evolusiyası üsulu ilə yeni dərmanların istehsal üsulunu inkişaf etmişdir. İlk dərman 2002-ci ildə təsdiq edilmiş, qəbul edilmiş və oyanqlarda revmatizm, artrit, psoriaz və iltihab (inflammasiya) bağırsaq xəstəlilərinin müalicəsi üçün istifadə edilmişdir. Fag ekranı həmçinin xərçəngdən sağalmaq istifadə olunacaq dərmanların hazırlanmasına gətirib çıxarmışdır.
TT-yə verdiyi müsahibədə, ser Vinter söyləmişdir ki, Kembricdəki son imtahanlarda aldığı qiymətlər doktorantura qəbul olmaq üçün o qədər də yüksək deyildi. Lakin gənc Vinter istisna olaraq gəbul olunmuşdur. Universitet onun potensialını görmüş, nəzərə almış və ona doktoranturasını maliyyələşdirmək üçün təqaüd vermişdir. Ser Vinter mükafatı qəbul etmək üçün Stokholma gəlmişdir, törəndə və ziyafətdə iştitak etmişdir.

Bu gün Nobel Mükafatı günüdür

Artur Aşkin (Arthur Ashkin) 1922-ci ildə Nyu-Yorkda anadan olub. 1952-ci ildə ABŞ-ın Ithaca şəhərindəki Cornell Universitetində təhsil almış və New Jersey Bell Laboratoriyalarında fəaliyyət göstərir.

Fizika üzrə hər mükafatçı lazer fizikasında qabaqcıl kəşflərinə görə ödüllənirlər. Aşkin "optik cımbızların və onların bioloji sistemlərdə tətbiqinin" inkişafı üçün fizika elmi üzrə mükafatın yarısını alır. Aşkin 1987-ci ildə optik pinset adlanan metodla canlı bakteriyaları bakteriyalar zədələnmədən tutmağı bacarmış və elmdə mühüm bir sıçrayış etmişdir.

96 yaşı olan Artur Aşkin bu günə qədər Nobel mükafatı almış alimlərin arasında ən yaşlısıdır. O, sağlıq durumu səbəbindən bu il Stokholma törənə qatıla bilməyən yeganə mükafatçıdır. Onun yerinə ünlü sənətçi olan və Cornell Universitetində sənətşünaslıq professoru olan oğlu
Mikael (Michael) Aşkin Stokholmda Konsert salonunda mərasimdə mükafat qəbul alacaqdır.

Bu gün Nobel Mükafatı günüdür

Gérard Mourou 1944-cü ildə Fransada Albertville şəhərində anadan olub və 1973-cü ildə Paris-Sud Universitetində doktorluq dissertasiyasını müdafiə edib. O, ABŞ-nın Miçiqan Universitetində və Fransanın Palaiseau şəhərində Ecole Polytechnique universitetində fəaliyyət göstərir. Mourou insanların yaratdığı ən sıx lazer zərbələrinin tədqiqatlarına yol açan elminə görə Donna Strickland ilə fizika mükafatının yarısını paylaşır. Onun yaratdığı chirped pulse amplification və ya CPA adlanan texnikası sonralar meydana gəlmiş bütün yüksək intensivlikli lazerlər üçün standard texnika olmuşdur. Günümüzdə bu üsüldan yayqın göz əməliyyatlarında istifadə olunur.

Gérard Mourou haqqında bir az dedi-qodular da yayılmışdır. Bunun səbəbi, 2013-cü ildə Youtube-da yayılan bir filmdir ki, orada o laboratorida rəqs edir və onu əhatə edən qadın həmkarları laboratoria paltarlarını çıxarıb atırlar. Film, müsabiqədə bir layihə arxasında araşdırma qrupu təqdim etmək üçün edildi. Film əslində bir layihə müsabiqəsində tədqiqatçı qrupun presentasiyası üçün çəkilmişdir. Lakin İsveç telviziyasının Elm bölməsi bu videonu izlədikdən sonra onların qadıngörüşünə tənqidi yanaşmışdır. Gérard Mourou bu gün, 10 Dekabrda mükafatını alır.

Bu gün Nobel Mükafatı günüdür

Donna Strikland (Strickland) 1959-cu ildə Kanadada, Güelfdə (Guelph) anadan olub və 1989-cu ildə ABŞ-nın Rochester Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir.. Strikland hal-hazırda Kanadanın Waterloo Universitetində çalışır.

Strikland indi mükafata layiq görülən lazer fizikasında Artur Aşkinlə birlikdə tədqiqatlar və kəşflər edən zaman Aşkinin tələbəsi olub. Onun fizika elmində sıçrayış kimi qiymətləndirilən ilk kəşfi 1985-ci ildə nəşr olunan bir yazıda izah edilmişdir - Strickland'ın ilk elmi nəşri. Strickland, son 55 ildə fizika mükafatını qazanan ilk qadındır və Nobel tarixində bu günə qədər fizika elmində mükafat qazanan üçüncüqadındıq. Mükafatın elan edildiyi zaman, bu hususa xanım Strikland özüdə təəcübləndi: "Gerçəkdən cəmi üç nəfər?! Mən elə bilirdim çox olub indiyə kimi”, o söylədi. Mükafatı almaq üçün Stokholmda törəndə iştirak edir.

Bu gün Nobel Mükafatı günüdür

James P. Allison 1948-ci ildə ABŞ-da Teksasın Alice şəhərində anadan olub. 1973-cü ildə Teksasın Austin Universitetində doktorluq dissertasiyasını müdafiə edib. 2012-ci ildən Texasın Houston Universitetinin professoru olmuşdur. O, Tasuku Honjo ilə Tibb və ya Fiziologiya üzrə Nobel mükafatını paylaşır. Onlar bu mükafata immunoterapiyaya dair kəşfləri üçün layiq görülüblər, bu kəşflər xərçəng xəstəliyinin yeni uğurlu müalicə növlərinə səbəb olur. Allison, müəyyən bir proteinin immunitet sistemindəki bir əyləc kimi hərəkət etdiyini təsbit etmişdir. Əyləc azad edilərək immunitet sistemi aktivləşir və şiş hüceyrələrinə hücum edə bilir. Allison Stokholma ailəsi, dostları və həmkarları daxil olmaqla, 70-ə yaxın insan ilə gəldiyini elan etdi. TT-nin mükafat pullarını nəyə xərcləcəyini soruşduqda o belə cavab verir: "Mən zatən nizamlı olaraq xərçəng tədqiqatına bir qədər pul ayırıram, amma bəlkə bu pulla özümə yeni bir kostyum da aldım”.

Bu gün Nobel Mükafatı günüdür

Tasuku Honjo 1942-ci ildə Yaponiyanın Kyoto şəhərində anadan olub. 1975-ci ildə Kyoto universitetində doktorluq dissertasiyasını müdafiə etmiş, 1984-cü ildən bəri eyni universitetdə professor olmuşdur. Honjo mükafatı James Allisonla paylaşır, onun istiqaməti daha çox dəri xərçəngi və ağciyər xərçənginə qarşı yüksək təsirli müalicənin inkişaf etdirilməsinin təməlini qoyan qabaqcıl araşdırmalar olmuşdur. AFP xəbər agentliyinə görə, 76 yaşlı alim mükafat xəbəri çıxdıqda Japoniyada jurnalistlərə belə demişdir: “Mən təqdiqatlarımı davam etdirəcəyəm, istəyirəm ki bu immun müalicəsi öncəkindən daha çox xərçəngdən əziyyət çəkən insanın həyatını qurtarsın”.

Tasuku Honjo sadiq bir qolfçüdur. O, müsahibələrinin birində ağciyər xərçəngindən əziyyət çəkən başqa bir qolf oyunçunun onun kəşfi sayəsində sağaldığına görə ona təşəkkür etdiyini anlatmışdır. “Sizin sayənizdə mən yenə qolf oynaya bilirəm”, demişdir adam Tasuku Honjoya. Honyo bildirir ki, bu sözlər onun bütün mükafatlardan daha çox xoşbəxt etmişdir. Stokholmda mükafat mərasimində və bayramda iştirak edir.

Bu gün Nobel Mükafatı günüdür

Professor Paul M Romer 1955-ci ildə Denver şəhərində (Colorado, ABŞ) anadan olub. Chicago Universitetində doktorluq dissertasiyasını müdafiə edib və Nyu-Yorkda Stern School of Business universitetində fəaliyyət göstərir. O, bu il müxtəlif ölkələrin işgüzar iqlim şəraitinə dair Dünya Bankının verdiyi sıralamasında məlumatın manipulyasiya edildiyinə qarşı protest olaraq Dünya Bankının baş iqtisadçısı vəzifəsindən istefa vermişdir. Bu səbəbdən o qərb ölkələrinin mətbuatında çox popular ismə çevrilmişdir.
Alfred Nobelin xatirəsinə bu ilki iqtisadi mükafatın yarısı Romerə verilir. Romerin tədqiqatı texniki inkişaf və innovasiya əsasında qalıcı və davamiyətli (sustainable) inkişafa yönəldilmişdir. Digər məsələlərlə yanaşı, onun elmi araşdırmaları bəzi ölkələrin kasıb və bəzi ölkələrin zəngin olmasının səbəblərini ortaya qoyur və bu sahədə geniş araşdırmalara qapı açmışdır.
TT üçün verdiyi müsahibədə, o öz həyatını Nobel mükafatı qazanmaqla birdən dəyişdiyini söyləmişdir, epizod roll oynayan aktyorun birdən-birə baş rolu almasına bənzətmişdir. "Mən eyni şəxsəm, amma indi mənim yeni bir rolum var, çünki bu mükafatı almaqla mən daha çox görünən insan oldum, buda mənim məsuliyyətimi çox artırır. Mükafatın ideallarının sözçüsü kimi mənim daha böyük məsuliyyətim yaranır" deyir.

Bu gün Nobel Mükafatı günüdür

William D Nordhaus 1941-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatının Albukyuerkyu (Albuquerque) şəhərində anadan olmuşdur. O tədqiqatçı alim fəaliyyətinə Yeildə (Yale) başlamışdır, lakin doktorluq dissertasiyasını Massachusetts Texnologiya İnstitutunda (MIT) 1967-ci ildə müdafiə etmişdir. Müdafiədən az sonra Nordhaus Konnektikut ştatının New Haven Universitetinə qayıtmışdır və 1973-cü ildən Yale’də iqtisadiyyat və ətraf mühit tədqiqatları üzrə professor olmuşdur.

1990-cı illərdə İsveç nüvə enerjisinin istifadəsinin qarşısının alınması üçün xərcləri araşdıran William Nordhausun tədqiqatında diqqət mərkəzi insan və təbiət arasındakı qarşılıqlı əlaqəni və iqlim dəyişikliyinə bağlı uzunmüddətli davamlı inkişafa nail olmaq üçün uyğunlaşmağa lazım olan şərtləridir. İqlim siyasəti tədbirlərini qiymətləndirmək üçün BMT-nin iqlim paneli IPCC prosesində istifadə olunan bir simulyasiya modeli hazırlamışdır.
Lakin Norhausa verilən mükafat mübahisələrə səbəb olmuşdur. Bəzi tənqidçilər, Nordhausu iqlim təhlükəsizliyinin azaldılması və bütün iqlim işlərini gecikdirməsi faktını günahlandırırlar.

Bu gün Nobel Mükafatı günüdür

Denis Mukwege 1955-ci ildə indiki Şərqi Konqo-Kinşasada anadan olub. Burundiyada həkimlik təhsili almışdır və sonra da ginekologiya və obstetriyada ixtisaslaşmışdı. 1990-cı illərdə ailəsilə birlikdə müharibə səbəbindən Konqo-Kinşasadan köçsədə, ölkəyə 1999-cu ildə Panzis Xəstəxanasını açmaq üçün geri dönmüşdür. Xəstəxana özünün SSV layihəsi ilə tanınır, burada cinsi zorakılıq qurbanlarına və ginekoloji problemləri olan qadınlara tibbi qayğı verilir. 2004-2014-cü illər arasında layihədə 34 783 xəstəyə tibbi baxım göstərilmişdir, onlardan 20 846 nəfəri cinsi zorakılığa məruz qalmış qadınlar olmuşdur.
Mukwege dəfələrlə sui-qəsd cəhdlərinə və təhdidlərə məruz qalmışdır. Eyni zamanda o həm də qadınları qorumaq üçün etdiyi işlərə görə bir neçə mükafat almışdır. 2008-ci ildə BMT-nin İnsan Hüquqları Mükafatı, 2009-cu il Palm mükafatı və 2013-cü il Right Livelihood mükafatına layiq görülmüşdür.
Nobel Sülh Mükafatı alıcıları Norveç Nobel Komitəsi tərəfindən irəli sürülür və mükafat mərasimi Osloda keçirilir. Denis Mukwege mükafatı Nadia Murad ilə paylaşır və hər ikisi münaqişələrdə cinsi zorakılığa qarşı səylərindən ötrü bəyənilir.

Bu gün Nobel Mükafatı günüdür

Nadia Murad 1993-cü ildə anadan olub, İraqlı Yezidi hüquq müdafiəçisidir. Nadia Murad İraqda Sincar dağlıq vilayətinin ekstremist qrup tərəfindən işğal edildikdə 2014-cü ilin avqustunda İslam Dövləti (ID) tərəfindən tutulmuşdur. Ailəsinin böyük hissəsi, həmin vilayətdə yaşayan bir çox yəzidinin olduğu kimi edam edilmişdir. BMT-nin 2016-cı ildəki qərarı ilə yəzidi xalqının (etnik ) təmizlənməsi faktı soyqırım olaraq təsnif edilmişdir.
Nadia Murad, daha sonra nəzarətə götürülən Musul şəhərinə gətirilmiş və orada qul şəraitində əsir saxlanaraq mütəmadi olaraq cinsi şiddətə və işgəncəyə məruz qalmışdır. Nadia Murad 2014-cü ilin noyabr ayında qaça bilmiş və son illərdə minlərlə qız və qadınların İD tərəfindən məruz qaldığı dəhşətli hücumlardan bəhs etmək üçün çalışmışdır. 2016-cı ildə Nadia Murad düşüncə azadlığına görə Avropa Parlamentinin Saxarov mükafatını almışdır.

Bu gün Nobel Mükafatı günüdür

Dr Səadət Kərimi, İsveç, 10 dekabr 2018



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu