Sabaha olan hava proqnozu açıqlandı


Sabaha olan hava proqnozu açıqlandı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi ilə arabir güclənəcək.



Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.

Rayonlarda arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 13-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu