AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq


AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq.



Bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

İclasda “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənəd təsdiq edilib.

Qərarla AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarına müvəqqəti istifadə üçün torpaq sahələrinin ayrılması nəzərdə tutulub. Bunun icrasını təmin etmək məqsədilə yaradılmış komissiya torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə edilməsinə dair sənədi hazırlayaraq AMEA Rəyasət Heyətinə təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu