Deputatın qarışdığı davanın ŞOK TƏFƏRRÜATI: Kamran Nəbizadə Eynulla Fətullayevlə bu sözə görə dalaşıb


Deputatın qarışdığı davanın


Milli Məclisin deputatı Kamran Nəbizadənin restoranda kiminlə dava etdiyi məlum olub.



Yenicag.az xəbər verir ki, deputat Kamran Nəbizadənin Bakı restoranlarından birində dava salması haqda məlumatı Eynulla Fətullayevin virtualaz.org saytı yayıb. Həmin məlumatda insidentin Fətullayevin gözü qarşısında baş verdiyi xüsusi vurğulanıb.

Bu xəbəri dəqiqləşdirmək istədiyimiz Kamran Nəbizadə zənglərə cavab verməsə də, Yenicag.az deputatın iştirakı ilə baş vermiş dava-dalaşın təfərrüatlarını öyrənə bilib.

Əldə etdiyimiz məlumata görə, dava deputatla məhz (!) Eynulla Fətullayevin arasında baş verib. Qeyd olunur ki, Kamran Nəbizadə, daha bir neçə deputat və Fətullayev restoranda yeyib-içərkən, mübahisə düşüb. Bu zaman ona cavab qaytarmasından əsəbləşən Nəbizadə jurnalistlərin ünvanına uyğun olmayan sözlər deyib.

Bildirilir ki, Nəbizadənin “Bütün jurnalistləri Qaşıqçı kimi qaşığın içində, “kislota”da əritmək lazımdır” sözlərinə Fətullayevin kəskin cavabı deputatla jurnalistin əlbəyaxa davaya çıxmaları ilə nəticələnib.

Masa ətrafındakıların müdaxiləsindən sonra davanı sakitləşdirmək mümkün olsa da, Fətullayev öz iştirakını qabartmadan, insidenti ictimailəşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu