Bakı Şəhər Təhsil İdarəsinə yeni rəhbər təyin olundu


Bakı Şəhər Təhsil İdarəsinə yeni rəhbər təyin olundu


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir vəzifəsinə İdarənin müdir müavini Rəşad Tağıyev təyin edilib. AFN xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb.

Qeyd edək ki, Rəşad Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Taras Şevçenko adına Kiev Milli Universitetində hüquq üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

İqtisadi İnkişaf Nazirliyində, “Ata Konsaltinq” , “Konsaltinq-AZ” MMC-də çalışıb. 2013-cü ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində işləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu