Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib


Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

APA-nın xəbərinə görə, komitə sədri Şəmsəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda ötən sessiyanın yekunları dinlənildikdən sonra yeni sessiyada görüləcək işlərlə bağlı məlumat verilib.

Ş. Hacıyev bildirib ki, bu sessiya zamanı ötən sessiyada uzun müddətdən sonra komitədə müzakirə olunaraq plenar iclasa tövsiyə olunan “Elm haqqında” qanun layihəsinin qəbuluna diqqət yönələcək: “Bundan başqa, digər komitələrlə birgə məsələlərin müzakirəsi də nəzərdə tutulub”.

Daha sonra iclasda vətəndaşların qəbulu və daxil olan müraciətlərə baxılması barədə məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu