Nəsimidə bayram günləri ağaclar qırıldı- “Yaşam residence” tikintiyə başladı


Nəsimidə bayram günləri ağaclar qırıldı-


Paytaxtın Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının yaxınlığında ağaclar kütləvi şəkildə kəsilib.



AFN oxu.az-a istinadən xəbər verir ki, əvvəl məcburi köçkünlərin yaşadığı ərazi bir müddət öncə tikinti şirkətləri tərəfindən alınaraq hasarlanıb.

Bu barədə daha əvvəl sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar ağacların kəsilməsinin qarşısını almağa çalışsalar da, buna müvəffəq ola bilməyiblər.

Nəsimi rayonu 54 saylı tam orta məktəbin yaxınlığında yerləşən sözügedən ərazidə "Yaşam Residence" tərəfindən ağaclar kəsilərək, bina inşaasına başlanılıb.

Ötən aydan mətbuatın diqqətində olan ərazidə ağacların məhv edilməsinə aidiyyatı qurumlardan rəsmi münasibət gəlməyib.

Xatırladaq ki, məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələ ilə bağlı verilən məlumata görə, əməkdaşlar dərhal araşdırmaya başlayıb:

"Məsələ ilə bağlı araşdırma aparırıq. Qısa zamanda araşdırmanın nəticələri ilə bağlı mediaya açıqlama veriləcək".

Həmin ərazidən görüntüləri sizlərə təqdim edirik.



Nəsimidə bayram günləri ağaclar qırıldı-

Nəsimidə bayram günləri ağaclar qırıldı-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu