Razim Məmmədovun əmisi oğlunun məhkəməsinə məmurlar gətiriləcək

Xəbərin çap versiyası
Tarix: 7-01-2019, 17:19    |    Xəbər oxunub: 610 dəfə
Razim Məmmədovun əmisi oğlunun məhkəməsinə məmurlar gətiriləcək


Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğlu növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib. Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xətai rayon İcra Hakimiyyətinin mühəndisi Qaçay Əzizli ifadə verib. O deyib ki, Elsevər Rufullayev adlı vətəndaş işlədiyi şöbəyə müraciət edərək rayon ərazisində tikinti aparmaq istədiyini deyib. Bu məqsədlə də tikdirmək istədiyi obyektin eskiz layihəsini çəkdirmək istəyib.

“Mən onu tanımırdım. Bildirdi ki, Xalid Məmmədov göndərib. Mən də Xalid müəllimə zəng edib maraqlandım. Həmin şəxsi özünün göndərdiyini dedi və mən də eskiz layihəni hazırladım”- deyən Qaçay Əzizli daha sonra sualları cavablandırıb. O bildirib ki, eskiz layihə hazırlanması üçün əraziyə baxış keçirib, kommunal xətlərin keçib-keçmədiyi araşdırılıb və layihə hazırlanıb.

Prokuror sual verib ki, maliyyə arayışı, çıxarış olmayan torpaq sahəsinin üzərində hər hansı bir obyektin eskiz layihəsi necə hazırlanıb? Qaçay Əzizli deyib ki, eskiz layihəsi hazırlandıqdan sonra vətəndaş tərəfindən icra hakimiyyətinə təqdim edilir. Bundan sonra tikinti ilə bağlı sərəncam və çıxarış verilir.

Hakim Qaçay Əzizliyə sual verərək bu işi Xalid Məmmədovun tapşırığı ilə yerinə yetirib-yetirməsini dəqiqləşdirib. Qaçay Əzizli də eskiz layihəni Xalid Məmmədovun tapşırığı ilə yerinə yetirdiyini təsdiqləyib.

Bundan sonra hakim şahiddən Xalid Məmmədovun belə bir tapşırıq vermək səlahiyyətinin olub-olmamasını soruşub.

Qaçay Əzizli deyib ki, Xalid Məmmədovu rəsmi şəxs, rəis müavini kimi tanıyıb və sözünə əməl edib.

Suallara cavabında Q.Əzizli əlavə edib ki, əgər belə bir tapşırığı başqa bir şəxs versəydi, yerinə yetirməyəcəkdi.

Hakim sual verib ki, eskiz layihənin hazırlanması üçün vətəndaş pul ödəyirmi?

Q.Əzizli bu sual “hə” cavabını verib. Hakim isə bildirib ki, necə ola bilər ki, hələ sərəncamı verilməyən, çıxarışı olmayan torpaq sahəsi üzərində hazırlanan eskiz layihəsinə görə vətəndaşdan pul alınıb?

Məhkəmə qərara alıb ki, bu işdə adı keçən Qaçay Əzizlinin çalışdığı şöbənin müdiri və icra hakimiyyətinin memarı da dindirilsin.

Məhkəmə iclası yanvarın 17-də davam etdiriləcək.

Xalid Məmmədov sərbəst ifadəsində özünü təqsirli bilmədiyini deyib 27 yaşlı Xalid Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib.

X.Məmmədov deyib ki, rəisi Əvəz İsmayılov olub. O bildirib ki, işi məhəllə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etmək olub.

Suallara cavab verən X. Məmmədov sürücüsünün zərərçəkmiş kimi tanınan Elsevər Rufullayevdən 50 min manat almadığını deyib.

İttihamda göstərilir ki, Xalid Məmmədov Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.(minval.info)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur