Səfər Mehdiyevə istefa səbəbi: "Cənab Prezident, bizi xilas edin!"-MÜRACİƏT

Xəbərin çap versiyası
Tarix: 9-01-2019, 14:32    |    Xəbər oxunub: 648 dəfə
Səfər Mehdiyevə istefa səbəbi:


Ölkəyə kartof idxal edən bir qrup Azərbaycan vətəndaşının ümumi çəkisi 350 tondan artıq olan yükü 15 gündən artıqdır ki, Azərbaycan Dövlət Gömrüyü tərəfindən hər hansı rəsmi səbəb göstərilmədən saxlanılıb.



AFN-in Qaynarinfo-ya istinadla verdiyi xəbərə görə, ümümu dəyəri 250 min manatdan artıq olan məhsulun xarab olma riskinə, hər gün yüklərin gömrükdə saxlanma xərci də əlavə olunur. Bu da ortalama gün ərzində 1500 manata yaxın məbləğ edir.

Ən maraqlısı və istehza doğuran məqam isə odur ki, məhz bu saxlanmadan 2-3 gün sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkə mediasının bəzi təmsilçiləri ilə görüşündə "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm" bəyanatını vermişdi.

Müflis olmaq təhlükəsi ilə üzləşən yük sahibləri məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Gömrükdə yüklərinin sifarişlə saxlanıldığını güman edən yük sahiblərinin Qaynarinfo-ya daxil olan müraciətində deyilir:

"Cənab Prezident!

Sizin başladığınız dərin iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşında olduğu kimi, bizdə də böyük inam oyadır. Son vaxtlar iqtisadi islahatların daha da dərinləşməsi, vergi və gömrük sahəsində çoxsaylı dəyişikliklərin edilməsi, bir çox prosedurların sadələşdirilməsi bizi hədsiz ümidləndirdi.

Nəticədə biz də ölkədə böyük vüsət alan iqtisadi islahatlara güvənib, bir neçə şəxs bir araya gələrək, Rusiyadan Azərbaycana kartof idxal etmək qərarına gəldik. Gömrük Komitəsi sədrinin verdiyi açıqlama və bəyanatlar da bizi ruhlandırdı. Biz şirkət sahibi olmadığımız üçün, idxal etdiyimiz məhsulu rəsmi qeydiyyatdan keçmiş və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərən şirkətlərdən birinin adı ilə rəsmiləşdirdik. Sənədlər tam qanunidir və heç bir qanun pozuntusu yoxdur. Lakin 2018-ci ilin 23 dekabr tarixində ölkəyə daxil olan, ümumi çəkisi 350 ton təşkil edən məhsulumuz Dövlət Gömrük Komitəsi tərəfindən qeyri-qanuni saxlanılıb. Artıq 15 gündən artıqdır ki, məhsulumuz Gömrük Komitəsinin Abşeron terminalında saxlanılır və bizə təhvil verilmir. Komitəyə saysız-hesabsız müraciətlərimizə baxmayaraq, bizə nə rəsmi səbəb göstərilir, nə məhsulumuzun heç olmasa geri qaytarılmasına qərar verilir, nə də hansısa ağlabatan cavab verilir. Məhsullarımız xarab olma təhlükəsi ilə üz-üzədir. Bundan başqa, 5 vaqon və bir yük maşınının Gömrükdə saxlanılmasına görə, bizə hər gün ortalama 1500 manat cərimə yazılır.

Səfər Mehdiyevə istefa səbəbi:


Cənab Prezident!

Gömrük Komitəsindən ümidimiz tam üzüldüyünə görə, Sizə müraciət etmək məcburiyyətindəyik. Son ümidimiz Sizsiniz. Xahiş edirik, bizə yardım edəsiniz. Yaranan şərait onu deməyə əsas verir ki, məhsullarımız hansısa sifariş əsasında saxlanılıb və məqsəd bizi tamamilə müflis etməkdir. Əks halda Gömrük Komitəsi hər hansı rəsmi cavab verər və ya səbəb göstərərdi.
Bizim müflis olmağımız, hər birimizin həyat şəraitinin yaxşılaşdırılması üçün səy göstərdiyimiz ailələrimizin, yaxınlarımızın- ən azı 150 nəfərin çörəksiz qalması deməkdir.

Biz doğrudan da bizimlə bağlı yaranan şəraiti anlaya bilmir, tam nə baş verdiyini, Gömrük Komitəsinin kimlərin sifarişi ilə və ya hansı hüquqi əsasla məhsullarımızı saxladığnı başa düşmürük.

Cənab Prezident! Bizi xilas edin!"

Müraciəti Qasımov Vasif İsmayıl oğlu, Nadirov Emin Soltan oğlu, Cəfərov İlqar Südgül oğlu, İsgəndərov Elnur Zinəddin oğlu və Umudov Röyal Həsənağa oğlu imzalayıblar.

Səfər Mehdiyevə istefa səbəbi:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Fuad Abbasov Azərbaycana deportasiya edildi

Fuad Abbasov Azərbaycana deportasiya edildi

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Prezident Firuddin Nəbiyevi təltif edib

Prezident Firuddin Nəbiyevi təltif edib

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub -

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib -

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib - FOTOLAR

İyun ayında Azərbaycanda 42 dərəcə isti qeydə alınıb

İyun ayında Azərbaycanda 42 dərəcə isti qeydə alınıb

Rabitə müəssisələri niyə zərərlə çalışır? -

Rabitə müəssisələri niyə zərərlə çalışır? - Ümidləri doğrultmayan nazir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur