Region Gənclərinin I Sahibkarlıq Forumu keçiriləcək.

Xəbərin çap versiyası
Tarix: 10-01-2019, 17:18    |    Xəbər oxunub: 640 dəfə
Region Gənclərinin I Sahibkarlıq Forumu keçiriləcək.


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi, “Odlar Yurdu” Gənclər Ictimai Birliyinin təşkilatçılığı ilə respublikada ilk dəfə “Region Gənclərinin I Sahibkarlıq Forumu” həyata keçiriləcək.

Layihənin icrasında əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması və öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə şərait yaratmaqdır.

Interpress.Az xəbər verir ki, “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova layihənin ilkin hazırlıq mərhələsinin uğurla yekunlaşdığını bildirərək, haqqında geniş məlumat verib: “Bu gün ölkəmizdə iqtisadiyyatın əsas məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu sektoru inkişaf etdirmək üçün sahibkarlığın inkişafı ən əsas şərtlərdəndir. "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndakı mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir. Həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının məqsəd və vəzifələrindən biri də (2.1.10. Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi) məhs gənclər arasında sahibkarlığın inkişafına həsr olunub. ”Odlar Yurdu” Gənclər İctimai Birliyi olaraq da hər zaman gənclər sahəsində həyata keçirilən dövlət siyasətinə töhfə verməyə çalışmışıq.
Elə bu səbəbdən də birliyin 2019-cu il prioritet istiqamətlərindən biri məhs sahibkarlıq fəaliyyətidir. İcra edəcəyimiz layihə gənclərin, xüsusilə region gənclərinin sahibkarlıq fəaliyyətinə həsr olunub. Layihə çərçivəsində həyata keçiriləcək “Brave Heart”-Region Gənclərinin 1-ci Sahibkarlıq Forumu”nda gənclər peşəkar təlimçilərin təlimlərində öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə yiyələnəcək. Uğurlu gənc sahibkarlarla tanış olacaq, onların gələcək əməkdaşlığına zəmin yaradılacaq. Uğur hekayələrini dinləyib, onları narahat edən suallara cavab tapacaqlar.

Forum zamanı gənclər mövcud biznes ideyasının dinlənilməsi, təhlil olunması və düzgün istiqamətləndirilməsi ilə yanaşı mövcud investisiya imkanları haqqında da məlumatlandırılacaqlar.”
Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun XI Qrant Müsabiqəsi çərçivəsində qalib olub. 1 dekabr 2018 -1 mart 2019-cu il tarixlərini əhatə edir. Layihə çərçivəsində həyata keçiriləcək forum isə 15-16 fevral 2019-cu il tarixində Gəncə şəhərində baş tutacaq. Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

FORUM




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Prezident Firuddin Nəbiyevi təltif edib

Prezident Firuddin Nəbiyevi təltif edib

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub -

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib -

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib - FOTOLAR

İyun ayında Azərbaycanda 42 dərəcə isti qeydə alınıb

İyun ayında Azərbaycanda 42 dərəcə isti qeydə alınıb

Rabitə müəssisələri niyə zərərlə çalışır? -

Rabitə müəssisələri niyə zərərlə çalışır? - Ümidləri doğrultmayan nazir

ASC sədrinin müavinləri vətəndaşlarla görüşüblər

ASC sədrinin müavinləri vətəndaşlarla görüşüblər

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur