Baş prokurorluq "TBC Kredit"in əsas səhmdarını araşdırır- Sənədləri müsadirə olundu

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 11:53    |    Xəbər oxunub: 629 dəfə
Baş prokurorluq "TBC Kredit"in əsas səhmdarını araşdırır-


Gürcüstanın Baş prokurorluğu bu ölkənin ən iri bankı olan “TBC Bank”ın sənədlərini müsadirə edib.



Baş prokurorluğun mətbuat xidmətinin açıqlamasında deyilir ki, hazırda qurum bankın sənədlərini öyrənir. Bununla yanaşı, hüquq-mühafizə orqanları digər istintaq hərəkətlərini davam etdirir.

“Məsələ ilə bağlı yaxın gələcəkdə ətraflı məlumat veriləcək”, – deyə qurumun açıqlamasında vurğulanıb.

Bankın rəhbərliyinə qarşı cinayət işinin açılıb-açılmamasına dair açıqlama verilmir.

AFN Yeniçağa istinadən xəbər verir ki, ötən ilin iyul ayında Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun rəhbəri, sabiq baş nazir Bidzina İvanişvili adıçəkilən bankı və “Bank of Georgia”nı sərt tənqid etmişdi. Siyasətçi bildirib ki, hər iki bank “ölkəni yeyib”: “Ölkə əhalisi gəlirlərinin 1/3-ini bank faizləri üzrə ödənişə yönəldir ki, bu da yolverilməzdir”.

2018-ci ilin sentyabr ayında isə “TBC Bank”ın adı “Omega Group” şirkətlər qrupunun rəhbəri Zaza Okruaşvili ətrafında baş verən qalmaqalda hallanıb. Okruaşvili isə “Rustavi2” telekanalına müsahibəsində bildirib ki, hökumət onun tütün biznesinə təzyiq göstərərək 4 milyon lari (1,5 milyon dollar) məbləğində vəsaiti ödəməyə məcbur edib, “TBC Bank” isə bu sxemdə iştirak edib.

Qeyd edək ki, “TBC Bank” Azərbaycanda fəaliyyət göstərən “TBC Kredit” bank olmayan kredit təşkilatının səhmdarıdır. Belə ki, “TBC Kredit”in səhmlərinin 75%-i məhz Gürcüstanın ən iri bankına məxsusdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur