Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 12:37    |    Xəbər oxunub: 751 dəfə
Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində


Əmlak Məsələləri Dövlət Komitəsi rahatlıq və məmnuniyyəti təmin edərək daşınmaz əmlakların ünvanlarda qeydiyyata alınmasını davam etdirir. Səyyar aksiyalar ilə göstərilən xidmətlər bölgələrdəki daşınmaz əmlaklar ilə yanaşı, şəhər və rayonlar üzrə çoxmərtəbəli binaları da əhatə etməkdədir. Növbəti “Kütləvi çıxarış” kampaniyası 11 yanvar tarixində Abşeron rayonunda keçirildi.



Belə ki, bu ilin ilk səyyar qeydiyyat kampaniyası Xırdalan şəhərində yerləşən 11 binadan ibarət yaşayış kompleksinin 195 mənzilli 4 binasını əhatə etdi. Sosial aksiya nəticəsində 80-ə yaxın mənzil sahibinə əmlaklarına dair çıxarışlar təqdim olundu. 50-ə yaxın vətəndaş mənzilinin dövlət qeydiyyatına alınması üçün ilkin sənədlərini komitənin mobil ofisinə təqdim etdi. Kampaniya çərçivəsində tək girişli, 15 mərtəbəli yaşayış kompleksi üzrə 100-ə yaxın sakinə hüquqi xidmətlər göstərildi, eləcə də vətəndaşlar üçün qeydiyyat prosedurları barədə ictimai məlumatlandırma aparıldı. Lazımi sənədlər, dövlət rüsumu və xidmət haqları ilə bağlı suallar komitə əməkdaşları tərəfindən cavablandırıldı.

Mənzillərin qeydiyyata alınması prosesini sürətləndirmək məqsədilə yeni tikilən çoxmərtəbəli binalarda belə kampaniyaların keçirilməsi çox əhəmiyyətlidir. Nəticədə ölkə üzrə dövlət qeydiyyatına alınan əmlakların sayı artır, çıxarışlı mənzillərin iqtisadi münasibətlərə cəlb edilməsi və daha güvənli istifadəsi təmin olunur. Yeni tikilən çoxmərtəbəli yaşayış binalarının kütləvi qeydiyyat prosesi ölkədə mənzil bazarının aktivliyinə müsbət təsir göstərir.

Belə kampaniyaların ünvanlarda, iş yerlərində keçirilməsi hər bir vətəndaşın əlçatan xidmətlərdən faydalanmasına şərait yaradır. Xidmətin ünvanlarda təqdim olunması ilə insanlar gündəlik məişət və işgüzar fəaliyyətdən uzaqlaşmadan çıxarışla təmin olunur.

Ötən il reallaşan 22 “Kütləvi çıxarış” kampaniyası ölkə üzrə müxtəlif şəhər və rayonları əhatə edib. Bunlardan 8-i çoxmərtəbəli yaşayış binalarında, 14-ü isə kənd və qəsəbələrdə, o cümlədən iş yerlərində keçirilib. Qeyd edək ki, bu aksiya ilə yanaşı, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası növbəti həftədən davam etdiriləcək.

Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində
Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində
Yeni ilin ilk “Kütləvi çıxarış” kampaniyası yeni yaşayış kompleksində





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Prezident Firuddin Nəbiyevi təltif edib

Prezident Firuddin Nəbiyevi təltif edib

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub -

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib -

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib - FOTOLAR

İyun ayında Azərbaycanda 42 dərəcə isti qeydə alınıb

İyun ayında Azərbaycanda 42 dərəcə isti qeydə alınıb

Rabitə müəssisələri niyə zərərlə çalışır? -

Rabitə müəssisələri niyə zərərlə çalışır? - Ümidləri doğrultmayan nazir

ASC sədrinin müavinləri vətəndaşlarla görüşüblər

ASC sədrinin müavinləri vətəndaşlarla görüşüblər

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur