Ağdam rayon İcra Hakimiyyətinin başçısı "İlin icra başçısı” seçilib- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 13:22    |    Xəbər oxunub: 585 dəfə
Ağdam rayon İcra Hakimiyyətinin başçısı "İlin icra başçısı” seçilib-

İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) "İLİN İCRA BAŞÇISI” və "İLİN RAYONU” nominasiyaları üzrə sorğusunu növbəti dəfə uğurla yekunlaşdırıb. Sorğunun nəticəsinə görə "İLİN İCRA BAŞÇISI” Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlu seçilib.

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, regionlar arasında müsbət mənada ciddi rəqabət başlayıb. Bu sözləri açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib: "Bu rəqabəti dəyərləndirmək, cəmiyyətdə bu istiqamətdə marağı artırmaq, Hökümək təşkilatları ilə Qeyri-Hökümət təşkilatları arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə sorğunusunu başa vurdu. "İLİN İCRA BAŞÇISI” nominasiyası üzrə Sorğunun qalibi Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğlu oldu. Mübarizə dürüst və fasiləsiz oldu. İCMAL.az Analitik Təhlil Mərkəzi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Ağdam rayonun icra başçısı Vaqif Həsənovla görüşüb və diplomu təqdim edib. Ağdam rayonun icra başçısı təşkilat olaraq bu səsverməni təşkil edənlərə və ona yüksək etimad göstərərək bütün səs verənlərə öz təşəkkürünü bildirmiş, gələcək fəaliyyətinin daha da yüksək səviyyədə olması üçün çalışacağını bildirmişdir. Qeyd etmişdir ki, bu kimi mükafatlar onun gələcək iş fəaliyyətinə əlavə bir stimul olacaqdır.

Vaqif Həsənov kimdir və qısa zamanda rayonda hansı işləri görüb?

Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Tarix , 1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnistitutunun Politologiya , 2003-cü ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının Faydalı Qazıntı yataqlarının işlənməsi, Neft Qaz yataqlarının işlənməsi və istismarı fakultələrini bitirmişdir. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə Kolxozlararası Tikinti idarəsində fəhlə kimi başlamışdır. 1980-1987-ci illərdə 26 Bakı Komissarı adınaNeft Qaz Çıxarma İdarəsininelektrik çilingər, 1987-1989-cu illərdə 26 BakıKomissarı adınaNeft Qaz Çıxarma İdarəsininMənzil Kommunal Təsərrüfatının partiya təşkilatınınkatibi işləmişdir. 1991-ci ildə 26 Bakı Komissarı adına Neft Qaz Çıxarma İdarəsinin partiya komitəsinin katibi, 1991-1995-ci illərdə Ə.Ç.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin Xüsusi şöbəsinin rəisi, 1995-2001-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının rəisi, 2001-2005-ci illərdə H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı illərdə N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin rəisin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci illərdə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ötən ilin noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərdə oldular. Bu səfər həm də qısa zaman kəsiyində rayonda görülən işlərin faktiki hesabatı idi. Prezident İlham Əliyev Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak etdi, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Daha sonra dövlətimizin başçısı noyabrın 5-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak edib. Açılışlar, yeniliklər, infrastruktur təqdimatları bununla yekunlaşmayıb. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki "Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında da iştirak ediblər. Rayonda aparılan infrastruktur yeniliklərin fotolarını təqdim edirik:

AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]

Diqqətinizi çəkə biləcək digər xəbərlər
Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu  üzrə açıq turnir keçirilib-

Braziliya Ciu-Citsu (No-gi) və Kombat Ciu-Citsu üzrə açıq turnir keçirilib- FOTOLAR

Sumqayıtın

Sumqayıtın "başsız" məktəbləri- SİYAHI

Mən kiməm?-

Mən kiməm?- Əziz Əlibəyli yazır...

“Ştutqart”da vətəndaşları belə aldadırlar-

“Ştutqart”da vətəndaşları belə aldadırlar- Zəmanət yox, geri qaytarma yox…

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İsrailin baş naziri ABŞ-a səfərini yarıda saxlayıb

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

İlham Əliyev banqladeşli həmkarını təbrik edib

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Tramp Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqli barədə

Qazaxıstanda neft yatağında yanğın baş verib

Qazaxıstanda neft yatağında yanğın baş verib

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu-

Dünya çempionumuzun qardaşı faciəvi şəkildə həlak oldu- VİDEO

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

10448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

Budapeştdə yaşayan azərbaycanlı cəmiyyət rəhbəri

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 
Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur