Nazirlik vətəndaşlara xəstə heyvanlar verir- Sahil Babayevin özünüməşğulluq "OYUNU"+FOTOFAKT

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 19:07    |    Xəbər oxunub: 535 dəfə
Nazirlik vətəndaşlara xəstə heyvanlar verir-


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan və təsərrüfata sahibişsiz vətəndaşlara ailəsini maddi baxımdan təmin etmək üçünheyvanlar verilib. Bu heyvanların isəhamısı xəstədir".



Bu barədə Yevlax rayonu Malbəyi kənd sakinləri müraciət edərək onlara aidiyyatı dövlət qurumlarından kömək etmələrini istəyirlər. Adıçəkilən kənd sakini Mahmudov Sərvər Mahir oğlu ona və bir neçə şəxsə xəstə heyvan verildiyindən şikayətçidir:

"Yevlax rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyata düşdüm. Özünüməşğulluq proqramına qoşuldum və imtahanlardan uğurla keçdim. 01.01.2018-ci il Cənab Prezdentin qərarına uyğun olaraq 35.8 milyon özünüməşğulluq proqramlarına vəsait ayrıldı. Mənim biznes planımda 5000 manat dəyərində iki başyanı balalı heyvan qeyd olunmuşdu. Nazirliyin nümayəndəsi bizdən imtahan götürən zamanda təsdiqlədi ki, sizin öz seçiminizlə biznes plana uyğun olaraq 2 baş yanı balalı heyvan qeyd edilib. Lakin 05.10.2018-ci ilde tıra doldurulmuş şəkildə mənə heyvan gətirdilər. Bu heyvanların dəyəri bazarda 400-500 manatdır. Bu heyvanlar xəstə, yararsız və balaları satılmış heyvanlar idi. Sonradan öyrəndim ki, heyvanları bizə təqdim edənlər nazirliyin işçiləri deyillər. Onlar Bərdə rayonunda olan mal bazarındakı heyvan alverçiləri imiş. Onlar özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri kimi təqdim etmişdilər. Amma əslində biznes planda 5000 manat yazılıb. 2500 manata iki baş yanı balalı heyvan qanunla mənim yanımda alınmalı idi. Amma nazirlik özü bizdən xəbərsiz bu cür işbazlıq edib, heyvan gətirdi. Hamısı xəstə malıdır. Aran rayonlarında bunlar əmələ gələ bilməz .Bu heyvanların bağırsaqları pozulduğu üçün çölə qan gedirlər. Hətta bir neçə nəfərə verilən heyvanlar tələf olub. Balaları satıldığı üçün inək özü-özünü əmir. Bununla bağlı aidiyyatı qurumlara müraciət etsək də, hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi susaraq bu məsələyə münasibət bildirmir. Məndən əlavə 6 nəfər də şikayətçidir".

Nazirlik vətəndaşlara xəstə heyvanlar verir-
Nazirlik vətəndaşlara xəstə heyvanlar verir-
Nazirlik vətəndaşlara xəstə heyvanlar verir-
Nazirlik vətəndaşlara xəstə heyvanlar verir-


Mənbə:Unikal.org




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Deputata ağır itki-

Deputata ağır itki- Oğlu xizək qəzasında həyatını itirdi

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib

Ümid qəsəbəsinə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

“Nar” autizm sindromlu uşaqlara növbəti dəstəyini göstərib

AMEA və

AMEA və "Sipark İnşaat"ın alimlərə tikilən binada satdıqları mənzillərin planı üzə çıxdı- FOTOLAR

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur