Gənc Tamaşaçılar Teatrında ara qarışdı: aktyorlar etiraz edir

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 20:36    |    Xəbər oxunub: 569 dəfə
Gənc Tamaşaçılar Teatrında ara qarışdı:


Gənc Tamaşaçılar Teatrının aktyorları işdən çıxarılmalarına etiraz edirlər.



Teatrın aktyoru, əməkdar artist Rahib Əliyev "Report”a açıqlamasında teatr rəhbərliyinin qərarı ilə razılaşmadığını və işdən çıxmaq istəmədiyini bildirib.

Onun fikrincə, mədəniyyət ocağından uzaqlaşdırılması qanunsuzdur: "Niyə çıxım axı? 50 ildən çoxdur ki, işləyirəm. Bunu şikayət kimi demirəm. Deyirlər işdən çıxacaqsan, əməkdar artist olduğunuz üçün də hər tamaşaya 44 manat verəcəyik. Bu qanunsuzdur, başqa teatrlarda belə hal yoxdur. Əvvəl maaşımızı kəsib 50 faiz etdilər. İndi 148 manat maaş alıram. Elə aktyorlar var məndən də az əməkhaqqı alırlar. İndidə deyirlər təqaüdçüsünüz gedin. Direktor yeni gəlib, niyə belə edir bilmirəm. Dünən teatrdan məni çağırıb dedilər ki, indi imkan yoxdur, amma yaxşı olacaq və siar. Sonra getdim kadrlar şöbəsinə dedilər ki, əmək kitabçasını qaytaracağıq özünüzə, hər tamaşaya da 44 manat verəcəyik. Bu ay bir tamaşam var. Tamaşalar bitdikdən sonra da bizim artıq teatrla işimiz bitmiş olacaq”.

Xalq artisti Yasin Qarayev isə deyib ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun aktyoru işdən çıxarmağa və yaxud işə götürməyə səlahiyyəti yoxdur: "Bəhram Osmanov bədii rəhbər, yaradıcılığa baxan insandır. İşə götürən də, işdən çıxaran da direktordur. Müsahibə götürüblər, öz fikrini deyib. Mənə dedilər ərizə yazmalısan, etiraz etdim. 65 yaşından sonra müəssisənin direktoru 70 yaşına qədər 5 il ərzində 1 illik müqavilələr bağlıya bilər. Bir ildən sonra istəsə bağlamaz. Bu da işçilərin sayının 2 faizi qədər hesablanır. Mən belə düşürəm ki, bu teatrlara aid deyil, dövlət qulluqçularına aiddir. Müqavilə artıq bağlaya bilməz. Çünki məsələn, Ağaxan Salmanlının 77 yaşı var. Ərizədə işdən çıxarıldığı qeyd olunur, ancaq onu xalq artisti kimi oynadığı tamaşalara görə dəvət edir və hər tamaşasına təxminən 40 manat verirlər. Yeni tamaşalarda isə rol verilmir artıq”.

Gənc Tamaşaçılar Teatrının məsələ ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin qərarı ilə xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Lətifə Əliyeva, əməkdar artistlər Atabala Səfərov və Rahib Əliyev işdən çıxılıb. Buna səbəb kimi aktyorların pensiya yaşına çatmaları göstərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Quba-Xınalıq yolu bağlanıb, 7 kəndlə əlaqə kəsilib

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır-

Gələn aydan uşaq pulu veriləcəyi barədə məlumat yalandır- ƏƏSMN rəsmisi

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Bakı Avtovağzalından 4 gündə 60 minə yaxın sərnişin daşınıb

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Vergilər Nazirliyi

Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Azərbaycan millisi Xorvatiyaya qarşı

Azərbaycan millisi Xorvatiyaya qarşı

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycana yaz gəldi

Azərbaycana yaz gəldi

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub-

Qənirə Paşayeva “DOST Xonçası” qoşulub- FOTOLAR

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu-

Polis rəisi marşurutları cərimə meydançasına doldurdu- Narazılıq böyüyür

"Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu" mövzusunda müzakirələr aparılıb- FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur