Salyanda Regional Qaz Idarəsi vətəndaşları açıq-aşkar aldadır

Xəbərin çap versiyası
Tarix: 11-01-2019, 20:50    |    Xəbər oxunub: 613 dəfə
Salyanda Regional Qaz Idarəsi vətəndaşları açıq-aşkar aldadır


Tarif Şurasının 22 dekabr 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır və beləliklə, 2018-ci ildə limiti aşan abonentlər 2019-cu ilin yanvar ayının 1-dən etibarən istifadə etdikləri hər kubmetr qaza görə 10 qəpik ödəməlidirlər.



Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan Regional Qaz İdarəsi Tarif Şurasının qərarına məhəl qoymayaraq, yeni təqvimin başlanmasını yanvarın 10-a keçirib. Belə ki, kütləvi şəkildə qaz istifadəçilərinə paylanan bildirişilərdə qaz sayğaclarının yanvarın 1-i əvəzinə 10-da oxunduğu göstərilərək, istifadə olunmuş hər kubmetr qaza görə 20 qəpik hesablanır.

Salyanda Regional Qaz Idarəsi vətəndaşları açıq-aşkar aldadır


Vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Salyan Regional Qaz İdarəsinin Salyan sahəsinin rəisi Rafiq Məhərrəmovun qəbulunda olduq. Sahə rəisi sualımızı eşidən kimi qanı qaraldı və burada qanunsuz bir iş olmadığını, keçən il də belə etdiklərini dedi. Ötən il qanunsuzluq ediblərsə, bu il də onun davam etdirilməsinin nəyə əsaslandığını soruşduqda isə bizə qapını göstərdi.

Sonradan bizi qəbul edən qurumun baş mühəndisi – Nemət adlı şəxs sahə rəisinin hərəkətlərinə görə üzrxahlıq etsə də, o da sualmıza əsaslı cavab verə bilməyərək bildirdi ki, biz dekabr ayının 31-də işçilərimizi qapı-qapı sala bilmərik, onlar da bayram etməlidirlər. Baş mühəndisə bildirdikdə ki, təqvim ili yanvarın 1-dən başlayır, cavabı bu oldu ki, il 365 gündür.

Problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə də əlaqə saxladıq. İbrahim müəllim Salyan Regional Qaz İdarəsindən fərqli olaraq iradımızla qismən razılaşaraq bildirdi ki, işçilər bayrama görə yanvarın 3-dən işə çıxdıqları üçün sayğac göstəricilərinin yazılması yubanıb.

Öz tərəfimizdən isə bildiririk ki, bu “yubanma” hər abonentə azı 20-30 manata başa gələcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı-

Azay Quliyevin işçisi Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına aldı- FOTO

Fuad Abbasov Azərbaycana deportasiya edildi

Fuad Abbasov Azərbaycana deportasiya edildi

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

Qənirə Paşayeva AŞPA-da işğalçı Ermənistanın azərbaycanlı qadınlara qarşı törətdiyi cinayətlərdən danışıb

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

BƏƏ-nin Yerli icma və inkişaf məsələləri üzrə naziri “ASAN xidmət”də

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən!

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Rövşən Rzayev muğam müsabiqəsinin qalibləri ilə görüşüb

Prezident Firuddin Nəbiyevi təltif edib

Prezident Firuddin Nəbiyevi təltif edib

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub -

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTOLAR

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib -

Mehriban Əliyeva Şirməmməd Hüseynovun yas mərasimində iştirak edib - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur