İngiltərədə məhkəmələr, hakimlər və vəkillər...




İngiltərə, Uels və Şotlandiyanın hər birinin ayrı-ayrı hüquq sistemi, məhkəmələri var. Bu ölkələrin bir-birinə oxşar cəhətləri çox olsa da, bir o qədər də aralarında dərin uçurumlar mövcuddur. Şimali İrlandiya qanunları, İngiltərə və Uels qanunları ilə bənzərlik daşıyır. Ancaq Şotlandiyanın qanunları digərlərindən tamamilə fərqlidir. Ticarət müqavilələri, istehlakçı hüquqları, miras və gənclərin hüquqları barədə fərqliliklər nəzərə çarpır. Bunların aralarında İngiltərə qanunları ən müasir səviyyədə olması ilə fərqlənir. Mülki və cinayət hüququnda da böyük fərqliliklər mövcuddur. İngiltərə hüquq sistemi ən çox oturuşmuş hüquq sistemlərindən biridir. Bir çox ölkə İngilis hüququnu öz qanunvericiliyinə nümunə olaraq tətbiq edir.

İngiltərədə çox da ciddi əhəmiyyət daşımayan hüquqi mübahisələrə hüquq məhkəmələri (Magistrates Court) tərəfindən baxılır. Bu məhkəmələrdə həm mülki hüquq mübahisələrinə, həm də cinayət işlərinə baxılır. Hüquq məhkəmələrində prosesdə 3 hakimdən ibarət kollegial tərkibdə baxılır. Məhkəmə baxışında hakimlələ birlikdə bir də assistent deyilən əməkdaş da oturur. 17 yaşından aşağı olan uşaqlarla bağlı işlərə Uşaq Məhkəmələrində (Juvenile Court) baxılır. Yüngül səviyyəli mülki hüquq mübahisələrinə Vilayət Məhkəmələri (County Court) baxır. İngiltərə və Uelsdə təxminən 300 vilayət məhkəməsi vardır. İddiaçının və cavabdehin Hüquq Məhkəməsinin verdiyi qərara və ya cəzaya etiraz etmə hüququ vardır. Bunun üçün bir instansiya yuxarı məhkəməyə müraciət edilməlidir. Mülki hüquqi işlərin nəticələrinə etiraz etmək üçün Ali Məhkəməyə (High Court), cinayət işlərinin nəticələrinə etiraz etmək üçün isə Kraliyyət Məhkəməsinə (Crown Court) baş vurmaq lazımdır.
Bundan başqa, hüquqi mübahisələri “Qeen’s Bench”, “Family Division” və ya “Chancery Division” adlı qurumlarda həll edilir. Mülki hüquq mübahisələrə Ali Məhkəmələrdə, Ağır cinayət işlərinə isə (qəsdən və ya ehtiyatsızlıqdan adam öldürmə, zorlama, silahlı soyğun və.s) Kraliyyət Məhkəmələrində bir hakim və xalq iclasçıları tərəfindən baxılır. İngiltərə məhkəmələrində xalq iclasçıları 12 nəfərdən, Şotlandiya məhkəmələrində isə 15 nəfərdən ibarət olur. İngiltərədə seçkilərdə səs vermə hüququ olan 18-65 yaş arası və İngiltərədə 5 ildən artıq daimi yaşayan hər kəs məhkəmədə xalq iclasçısı ola bilər. Xalq iclasçısı üzvlüyünə seçilmək üçün mütləq hərbi xidmət keçmə şərti mövcuddur.
Ali Məhkəmə və ya Kraliyyət Məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərin “Court of Apeeal”a etiraz etmə hüquq vardır. Ancaq bunu da unutmayaq ki, bütün məhkəmələrdə illərdən bəri yığılıb qalan etiraz şikayətləri vardır.
İngiltərədə bir cinayət və ya hüquqi mübahisənin baxılacağı ən ali mərtəbə Lordlar Kamarasıdır. Ümumiyyətlə bütün ictimaiyyəti maraqlandıran işlərə Lordlar Kamarası baxır. İngiltərədə hakimlərin verdiyi qərarlar Avropa İttifaqı qanunları ilə ziddiyyət təşkil edərsə cavabdeh şəxs Avropa Məhkəməsinə (Luksemburda yerləşir) və ya Avropa İnsan Hüquqları Məhkəməsinə (Strasburda yerləşir) etiraz ərizəsi ilə müraciət edə bilər. Ancaq Avropa ölkələrində çox geniş insan kütləsi Avropa məhkəmələrinin lazımsız olduğunu düşünür. Çünki heç bir ölkə öz daxili işinə qarışılmasını istəmir. Bunu da unutmayaq ki, etiraz edilən məhkəmə qərarlarının sadəcə 25%-i dəyişdirilir. Bu da o deməkdir ki, İngiltərə məhkəmələri şəxsin barəsində qərar çıxardısa onunla razılaşmaq məcburiyyətində qalacaqdır. Etiraz işlərində qazanclı çıxan vəkillərdir. İngilis qanunlarına görə iddiaçının və cavabdehin vəkil tutmaq kimi məcburiyyəti yoxdur. İngiltərədə vəkillərə ödənən xidmət haqqı astronomik dərəcədədir. Buna görə də çox adam işlərində vəkil tutmaq əvəzinə özü özünü müdafiə etməyk yolunu seçir. Ancaq ciddi əhəmiyyətli işlərdə vəkil tutmamaq sadəcə dəlilikdir.
İngiltərədə iki cür vəkil vardır. “Solicitor” və “Barrister”. İkisinin də fəaliyyəti vəkillikdir. Ancaq solicitor daha aşağı səviyyəli məhkəmələrdə və vilayət məhkəmələrində işlərə çıxa bilir. Barrister isə yuxarı məhkəmələrdəki böyük işlərə çıxır. Məsələn, Barristerlər Kraliyyət məhkəmələrinin işlərinə çıxa bilirlər. “Queeens Counsil” ya da qısacası QC vəkilləri ən yuxarı səviyyədəki vəkillərdir. Bütün vəkillər içində ən yüksək savadlı və təcrübəli vəkillər QC-lərdir. Barristerlər astronomik rəqəmlərlə xidmət haqqı alırlar. Ancaq QC-lər ildə 1.000.000 sterlinq qazanırlar. Bu da QC-lərin hardasa demək olar ki, qanunun belə üstündə yer aldıqlarını göstərir.

Hüquq Məhkəmələri (Magistrates Courts)

İngiltərədə önəmli hüquqi mübahisələrə Ali Məhkəmələrdə (High Court), daha sadə və aşağı səviyyəli işlərə isə Hüquq Məhkəmələrində baxılır. Bu səbəbdən ali məhkəmənin hakimləri, hüquq məhkəmələrinin hakimlərinə nisbətdə daha bilikli və təcrübəli sayılırlar. Hüquq məhkəmələrində baxılan işlərin sayı ali məhkəmələrdəki işlərin sayından qat-qat artıqdır. Hüquq məhkəmələri çox vaxt pul cəriməsi təyin edirlər. Hakimlər pul cəriməsi təyin edərkən bir az da cavabdehin ödəmə qabiliyyətini nəzərə alırlar. Bununla bağlı İngiltərədə gülməli anektodta yaranıb. Belə ki, pul cəriməsini ödəmədiyi üçün hakim qarşısına çıxarılan bir fahişə hakimə belə cavab vermişdir: “Cəriməmi ödəyə bilmiərm, çünki nə vaxt pul qazanmağa çıxıram məni yenidən tutursunuz”. Hüquq məhkəmələri bəzən də cavabdehi ağır cinayət məhkəməsinə göndərir.

Vəkillərə ödənən xidmət haqları

Vəkillərə ödənən bu qədər yüksək xidmət haqqı insanları ümidsizliyə düçar edir. Bir çox adam “Təqsirsiz olduğumu isbat edə bilməyim üçün mütləq zənginmi olmalıyam” deyə üsyan edir. Bu da o deməkdir ki, İngiltərə məhkəmələrində ədalət daha çox zənginlərdən yanadır. Normal bir vəkil saatda 100 sterlinq qazanırsa, bir QC saatda 650 sterlinq tələb edir. Bunu da əlbəttə ki, baxacağı iş üçün ofisində keçirdiyi saatlar üçün tələb edir. Məhkəmədə keçirdiyi günlər üçün isə 3000 sterlinq alır. Bu da ildə təxminən 1.000.000 sterlinq miqdarına gəlib çıxır. İngiltərənin hüquq sistemi ədalətə xidmət etmək əvəzinə sanki vəkilləri zəngin etmək üstünə qurulub. Bu səbəbdən də bir çox aadam məhkəmədə vəkilsiz özü özünü müdafiə edir.Xüsusilə də, boşanma və şirkətlərin ləğv edilməsi işlərində. Ancaq yenə də bir çox ingilisin bir məhkəmə baxışında müdafiəsini necə həyata keçirəcəyi haqda ən balaca məlumatı belə yoxdur. İngiltərədə çox adam məhkəməyə ərziə ilə müraciət etməyə çəkinir. Əgər önəmli bir zərərdən söhbət getmirsə itirdikərinin üstünə sadəcə bir stəkan soyuq su içməklə kifayətlənir. Çünki məhkəmə nəticəsində qazanacağı məbləğin məhkəmə məsrəflərindən az olacağını bilir. İngiltərədə bir vəkildən hüquqi məsləhət almağın boş çeki imzalamaqla eyni olduğunu unutmayın. İngilis hökuməti bu problemin fərqindədir və artıq bu astoronomik vəkil haqlarına bir çarə axtarmaqdadır. Ancaq vəkillərin bu məsələdə kefi yerindədir desək yanılmarıq.

Pulsuz hüquqi məsləhət

İngiltərədə qanuni olaraq bir çox məsələdə pulsuz məsləhət və ya ayrdım alacağınız bəzi qurumlar vardır. Vəkillərə bir sərvət ödəməmişdən əvvəl bu qurumlarla əlaqə saxlamaq yayarlıdır. Bu qurumlar pulsuz və ya çox az məbləğdə hər kəsə, irq, milliyət vəs. Ayrı seçkiliyi etmədən xidmət göstərirlər. Həm də bu cür yardımı almaq üçün İngiltərədə daimi yaşamağınız şərt deyil. Bir çox özəl şirkətin öz içində özəl hüquq məsləhətçiləri vardır. Bu qurumlardan yetərli səviyyədə məlumat ala bilməyən şəxs bundan sonra vəkilə müraciət edir. Ancaq insanlar qanunlardan qorxduqları üçün qanuni baş verən bir hadisədə belə başına bir şey gəlməsin deyə vəkil tutmur.
Əgər şəxsin haqqında çox ciddi təqsirləndirmə varsa və ya çox ciddi cinayətdə ittiham edilirsə əsla tək bir yerdən hüquqi yardım almaması məsləhətdir. Hər zaman ikinci bir seçimi də olmaldır ki, ikisinin də tövsiyyələrini qarşılaşdırsın. Bu istər CAB (Citizens Advice Bureau) olsun, istərsə də bir vəkil olsun mütləq başqa vəkillərə də müraciət etməsi məsləhət görülür. Əgər şəxs yanlış tövsiyyə alıbsa başına ciddi xoşagəlməz şeylər gələ bilər. Hər hansı bir müqaviləni imzalamamışdan əvvəl müqavilənin maddələrində tərəddüdə düşərsə və ya hüquq və vəzifələrini tam şəkildə başa düşmürsə əvvəlcə bir vəkilə müraciət etməsi məsləhətdir. Çünki müqavilələrin çoxunda bilinməyən tələ məqamlar olur. Milli İstehlak Komissiyası müqavilələrdəki anlaşılmaz və qarışıq sözlərin işlədilməsini qanunla qadağan etmişdir.
Qeyd edək ki, hüquqi məsələlərdə vətəndaşlara xidmət göstərən məsləhət və dəstək xətti də mövcuddur. “Lawline” adlı bu xidmətin nömrəsi 0898-600600-dür. Pullu xətdir. Ancaq vəkilə müraciət etməkdən çox sərfəlidir. Bir də Which Books nəşriyyatının “Legal Problems Solved” (Hüquqi Problemlərin Həlli) kitabı var ki, burada da olduqca yararlı məlumatlar vardır.

CAB (Citizens Advice Bureau) Vətəndaşlar üçün hüquqi məsləhət bürosu

1939-cu ildə İkinci Dünya Müharibəsi zamanı vətəndaşlara yardım göstərmək məqsədi ilə qurulmuşdur. Ta o illərdən bu yana müstəqil fəaliyyət göstərir. Müraciət edə biləcəyiniz məsələlər: sosial müdafiə, istehlakçı hüquqları, yerli məlumatlar, iş axtarmaq, səhiyyə, miqrasiya, vergi vəs. məsələləridir. Bundan başqa, ailəniz və özünüz ilə əlaqədar mövzularda məsləhət ala bilərsiniz. İngiltərə, Uels və Şimali İrlandiyada 1200-dən çox CAB bürosu vardır. Şotlandiya isə digər Birləşmiş Krallıq ölkələrindən ayrı bir CAB qurumuna sahibdir. Bu qurumun da Şotlandiyada 61-ə qədər bürosu vardır. CAB haqqında daha ətraflı məlumat almaq istəyənlər “Antional Association of Citizens Advice Bureaux. Myddelton House, 115-123 Pentonwille Road London N1 9LZ (0207-833 2181) ilə əlaqə saxlaya bilərlər”.

Sadə İşlər Məhkəməsi

Əgər 5000 sterlinqdən daha az bir hüquqi mübahisədən söhbət gedirsə sadə işlər qanununa toxunursunuz. Bu da o deməkdir ki, iş üçün hazırlığı özünü həyata keçirirsiniz və öz müdafiənizi də özünüz etməlisiniz. Vəkil tutmağa ehtiyac yoxdur. Məhkəmə məsrəfləri işinə görə təxminən 12-65 sterlinq məbləğ xərc tələb olunur. Ancaq əgər məhkəmə sizi haqlı çıxarırsa məhkəmə məsrəflərini qarşı tərəf ödəyir. Vilayət məhkəmələrindən ala biləcəyiniz bir EX50 kitabçasında, sadə işlərdə vəkil tutmadan öz-özünüzü necə müdafiə edəcəyiniz yazılır.

Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu