QHT rəhbərinin oğlu Mirşahinə görə həbs olundu

Xəbərin çap versiyası
Tarix: 12-01-2019, 16:34    |    Xəbər oxunub: 656 dəfə
QHT rəhbərinin oğlu Mirşahinə görə həbs olundu


Bakıda QHT rəhbərinin oğlu sosial şəbəkədə jurnalist Mirşahin Ağayev haqqında yazdığı fikirlərinə görə polis tərəfindən saxlanılıb.



Bu barədə unikal.org-a Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova məlumat verib.

O, bildirib ki, oğlunu Sabunçu Rayon 12-ci Bölməsinin əməkdaşları dünən gecə yaşadığı evdən bölməyə apararaq saxlayıblar:

"Gecə polislər Sabunçu qəsəbəsi, Dilqəm Kişvəri küçəsi, döngə 4,ev 2 A ünvanında olan mənzilimizə gələrək oğlum 1994-cü il təvəllüdlü Abbasov Məhəmmədəli Şəmsəddin oğlunu bölməyə apardılar. Gecədən bu saatlara kimi oğlumu polisdə saxlayıblar. Cinayət işi açıb-açmadıqları barədə bölmədən bizə məlumat verməyiblər. Səbəb onu göstərirlər ki, oğlum sosial şəbəkədə olan qruplardan birində jurnalist Mirşahin Ağayev haqqında xoşagəlməz söz yazıb. Mənim oğlum tərbiyəli gəncdir, kimisə təhqir edəcəyini düşünmürəm. Mən də oğlumdan soruşdum dedi ki, ana dəqiq xatırlamıram. Ola bilər Mirşahin haqqında paylaşımın rəy bölümünə gülüş işraəsi qoymuşdum onu nəzərdə tuturlar. Ya da kimsə paylaşıma Mirşahin haqqında təhqir yazmışdı, mən də altına rəy yazmışdım ki, ona bu da azdır. Yəqin onu nəzərdə tuturlar. Mən onu qeyd edim ki, oğlum təhqir yazmayıb, burada cinayət tərkibi yoxdur. Mən aidiyyatı orqanlardan xahiş edirəm ki, oğlumun azad olunması ilə bağlı mənə kömək etsinlər".

QHT rəhbərinin oğlu Mirşahinə görə həbs olundu





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sabaha gözlənilən hava şəraiti

Sabaha gözlənilən hava şəraiti

Leyla Ramazanlıdan İçərişəhər

Leyla Ramazanlıdan İçərişəhər FOTOSESSİYASI

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib-

İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib- FOTOLAR

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

Viktor Yanukoviçə 15 il həbs cəzası verildi

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

ABŞ-da yaşayan süni intelekt üzrə azərbaycanlı mütəxəsis

"Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzi yeni formatda qurulur

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Eldar Mahmudovun bacanağı da AzTV-dən uzaqlaşdırıldı

Tanınmış teleaparıcıya ağır itki üz verib

Tanınmış teleaparıcıya ağır itki üz verib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Şamaxıda “Praktiki mühəndislik və liderlik” dərnəkləri təşkil edilib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Qənirə Paşayeva Avropa təşkilatlarını Ermənistanın işğalçılıq siyasətini durdurmaq üçün addımlar atmamaqda ittiham edib

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Xocalıda vuruşmuş erməniyə Gürcüstanda abidə qoyuldu

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

Yekaterinburqda diaspora lideri azərbaycanlılara qarşı sui-qəsddə ittiham olunur

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur