İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, bu bölgədə hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 0-3 dərəcə isti təşkil edəcək.



Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava gözləyir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 7-11, dağlıq rayonlarda 2-7 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 7-10 dərəcə isti təşkil edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu