Deputata ağır itki- Oğlu xizək qəzasında həyatını itirdi


Deputata ağır itki-


Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.



AFN qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb.

Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb və millət vəkili faktı təsdiqləyib.

O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu