DTX əməliyyat keçirdi: dövlətə xəyanətdə şübhəli bilinən şəxs tutuldu

Xəbərin çap versiyası
Tarix: 11-02-2019, 10:38    |    Xəbər oxunub: 564 dəfə
DTX əməliyyat keçirdi:


Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər A.Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. A.Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı A.Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

DTX əməliyyat keçirdi:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində- FOTOLAR

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü:

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü: "Baku Medical Plaza"nın adı hallanır

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

Bu da gömrükdə rüşvət faktı! -

Bu da gömrükdə rüşvət faktı! - Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır-

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır- TƏHLÜKƏ

Təhsil məmurunun milyonluq villası:

Təhsil məmurunun milyonluq villası: “Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” (FOTO)

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”-

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”- VİDEO+FOTOLAR

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur