Azərbaycanın innovasiya strategiyası hazırlanır

Xəbərin çap versiyası
Tarix: 11-02-2019, 13:10    |    Xəbər oxunub: 601 dəfə
Azərbaycanın innovasiya strategiyası hazırlanır


Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “İnnovasiyalı inkişaf və iqtisadi islahatlar: əqli mülkiyyətin və texnologiyaların kommersiyalaşdırılmasının rolu” mövzusunda konfrans keçirilib.

AFN xəbər verir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda açılış nitqi zamanı bildirib ki, innovasiyalı inkişafa yol açan Azərbaycan, dünya ölkələri tərəfindən tanınan ən islahatçı dövlətdir. Kamran İmanov əlavə edib ki, Agentliyin qarşısında duran əsas vəzifələrin müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmli hüquqların idarə edilməsi və kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsidir. Bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkil edilməsi, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsi olduqca vacibdir.

Daha sonra Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxış edib. O bildirib ki, hazırda prezidentin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının innovasiya strategiyası hazırlanır: “Strateji yol xəritələrinə müvafiq şəkildə Azərbaycan iqtisadiyyatı Dünya İqtisadi Forumunun təsnifatına əsasən səmərəlilik əsaslı modeldən innovasiya əsaslı modelə keçəcəkdir. İnnovasiya əsaslı modelin inkişaf etdirilməsi üçün fiziki, insan, institusional və sosial kapital təmin olunacaqdır. İnsan potensialının inkişaf etdirilməsi, insan kapitalının keyfiyyətinin və əmək məhsuldarlığının yüksəldilməsi ilə bağlı məsələlərə xüsusi diqqət verilir, institusional və biznes mühiti daha da yaxşılaşdırılır, infrastruktur gücləndirilir, təhsil-təlim prosesi və ixtisaslı kadr hazırlığının, əmək bazarı və biznes sektoru arasında koordinasiyanın effektivliyi artırılır, innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyi artırılır, klaster yaratma təşəbbüsləri dəstəklənir və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetlər müəyyənləşdirilir. Azərbaycan iqtisadiyyatının əsas çağırışı - əmək məhsuldarlığının artırılması üçün insan kapitalının inkişafı və innovasiyaların tətbiqi vacib əhəmiyyət kəsb edir.”

Konfrans zamanı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini İdris İsayev və AMEA-nın akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Tural Kərimli, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov, “Enterpriseazerbaijan,com” portalının meneceri Aytən Məmmədova çıxışlar ediblər. Onlar startap layihələrinin əhəmiyyətindən, xüsusilə mikro və kiçik sahibkarlığın inkişafında rolundan danışıblar, həmin layihələrin maliyyələşdirilməsində yerli və xarici investorların rolunu vurğulayıblar.

Tədbir zamanı startap layihələrinin nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.

Yekunda Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Qeyri-müəyyən müddətə bağlanan Memorandumda tərəflər, Agentliyin Rəqəmsal Ticarət Qovşağına inteqrasiyasının təmin olunması və onun potensialından yüksək texnologiyaların və əqli mülkiyyət obyektlərinin iqtisadiyyatda tətbiqinin stimullaşdırılmasında və bu istiqamətdə aparılan işlərdə istifadə edilməsi, Agentliyin təqdim etdiyi layihələrin Mərkəz tərəfindən idarə olunan “enterpriseazerbaijan.com” portalına inteqrasiyasının həyata keçirilməsi, patent qabiliyyətli startapların birgə seçiminin aparılması barədə razılığa gəliblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində- FOTOLAR

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü:

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü: "Baku Medical Plaza"nın adı hallanır

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

Bu da gömrükdə rüşvət faktı! -

Bu da gömrükdə rüşvət faktı! - Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır-

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır- TƏHLÜKƏ

Təhsil məmurunun milyonluq villası:

Təhsil məmurunun milyonluq villası: “Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” (FOTO)

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”-

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”- VİDEO+FOTOLAR

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur