Deputat Musa Quliyev sosial şəbəkələri bağlamağa çağırdı...

Xəbərin çap versiyası
Tarix: 11-02-2019, 18:33    |    Xəbər oxunub: 560 dəfə
Deputat Musa Quliyev sosial şəbəkələri bağlamağa çağırdı...


“Xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Bununla da yaranan təhlükələrin qarşısını almaq mümkündür. Hər bir ölkə kimi, bunu biz də edə bilərik”.

Virtualaz.org bildirir ki, bunu yerli KİV-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğu üçün bu cür addımları hər zaman atmağa haqqı var: “Biz ermənilərlə müharibə şəraitində yaşayan ölkəyik. Ona görə də söyüş kampaniyalarının arxasında erməni barmağının olması istisna deyil. Bəzən görürsən ki, Azərbaycanla bağlı pozitiv yazılara təhqir və söyüş dolu şərhlər gəlir. Çox güman ki, həmin şərhlər İrəvandan idarə olunur. Ona görə də biz lazım olsa dünya birliyinə də bununla bağlı müraciət edə bilərik. Nə qədər ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumaq məqsədilə biz də beynəlxalq sosial şəbəkələrdən imtina edirik. Yaxud da daha çox haradan təhdidlər gəlirsə, ondan imtina edə bilərik. Əvəzində isə öz sosial şəbəkəmizi yaradıb, əhalinin bundan istifadə etməsini təmin edə bilərik. Bu zaman əgər kimsə bizimlə ünsiyyətə girmək istəsə, bizim sosial şəbəkəyə girsin. Yaxud da “Youtube” və digər sosial şəbəkələrin baş ofisləri ilə danışıb onları Azərbaycanda baza qurmağa dəvət etmək olar. Bununla da biz bilərik ki, Azərbaycana qarşı mənəvi və ideoloji terroru törədənlər kimlərdir. Bundan sonra onların fəaliyyətini məhdudlaşdırmaq olar. Yəqin ki, həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də Dövlət Təhlükəsizliyi Xidməti bu məsələlərlə məşğul ola bilər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Sevda anasını evində xidmətçi kimi saxlayır”-

“Sevda anasını evində xidmətçi kimi saxlayır”- ögey atası

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi

Azərbaycanlı xanım iki tonluq avtomobili yerindən tərpətdi VİDEO

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Əmək və sosial sığorta məsələlərinə dair təklif və tövsiyələr müzakirə edilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kərəm Həsənovun Kürdəmirdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Çikaqoda adı Azərbaycanla bağlı olan şirkətin gənc sahibi

Tovuzun sərhəd kəndləri işıqsız qalıb-

Tovuzun sərhəd kəndləri işıqsız qalıb- 5 gündür

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

BDYPİ və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

Övladlığa götürülmə ilə bağlı yeni tələblər

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib-

İstixana şəraitində zərərvericilərə qarşı bioloji mübarizə tətbiz edilib- Azərbaycanda ilk

Qənirə Paşayeva BDU-da

Qənirə Paşayeva BDU-da "Kəpənək effekti" layihəsi çərçivəsində geniş çıxış edib və gənclərə çağırış edib

Binəqədinin yol dərdi...

Binəqədinin yol dərdi...

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

Rəsmi Bakıdan Ermənistan XİN-in açıqlamasına reaksiya

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur