Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tərtərdə olub

Xəbərin çap versiyası
Tarix: 12-02-2019, 15:30    |    Xəbər oxunub: 553 dəfə
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tərtərdə olub


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik Tərtər rayonunda səfərdə olub. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşən Gerardo Moloeznik təşkilat tərəfindən 2018-ci il ərzində Tərtər rayonu ərazisində görülən işlər barədə məlumat verib, 2019-cu ildə nəzərdə tutulan görüləcək işləri rayon rəhbəri ilə müzakirə edib.

Görüşdə rayon rəhbəri Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti olduğunu, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin tez-tez pozulması nəticəsində rayonun dinc sakinlərinin xəsarət aldığını, mülki əhalinin şəhid olduğunu, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya ciddi ziyan vurulduğunu bildirib.

Qeyd olunub ki, düşmən tərəfindən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir.

Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, bu da becərmə işlərində çətinliklər yaradır. Qış fəslində isə üzdəniraq qonşularımız suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr də axıdılır. Sahələrdə əkin işləri ilə məşğul olan texnikaların atəşə tutulmasına görə sakinlərin məcburiyyət qarşısında təsərrüfatı işləri ilə gecə saatlarında məşğul olması da diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Afiq Səfərov 12 il çalışdığı

Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqlayıb

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir-

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir- “Bəlkə də bu, sonuncu müraciətimdir” (VİDEO)

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Azərbaycanda meşələr çəpərə alınacaq

Azərbaycanda meşələr çəpərə alınacaq

Rusiyalı hərbi ekspert:

Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb-

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb- FOTOLAR

"Azercell"in KSM strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb

"Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb- FOTOLAR

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Bakıda körpünün üstündə maşın aşıb

Bakıda körpünün üstündə maşın aşıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur