Qənirə Paşayeva MM-də gənclərlə bağlı önəmli təkliflərlə çıxış edib- VİDEO


Qənirə Paşayeva MM-də gənclərlə bağlı önəmli təkliflərlə çıxış edib-


Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış edərək gənclərlə bağlı önəmli dəyişiklikləri nəzərdə tutan “Gənclər siyasəti haqqında" qanunda dəyişiklik edilməsi layihəsini birinci oxunuşda dəstəklədiyini bildirdi.



Millət vəkili bildirib ki, bu qanun layihəsində istedadlı, təhsilli gənclərlə bərabər, həyatının müəyyən mərhələsində səhv yola düşmüş, zərərli vərdişlərə qurşanmış gənclər və ya gənclərin həmin zərərli vərdişlərə qurşanmasının qarşısını alan tədbirlər nəzərdə tutulur ki, bu da çox vacibdir və tütünə, narkomaniyaya, qumar oyunlarına qurşanmış gənclərin sayının artmamasına öz təsirini göstərəcək. Eyni zamanda bu zərərli vərdişlərə qurşanmış gənclərin xilas edilməsinə yönələn addımlar nəzərdə tutulub: “ Mən də hesab edirəm ki, bu qanun layihəsində nəzərdə tutulan vacib müddəaların həyata keçirilməsinə müvafiq qurumlar daha da fəal olmalıdır və ciddi nəzarət etməlidir və həmin qurumların məsuliyyət məsələsi də bu sənəddə öz əksini tapmalıdır. Bu qanun layihəsində qeyd edilən18 yaşına çatmayan şəxslərə tütün məhsullarının satışının qadağan edilməsi digər qanunvericilik aktlarımızda da nəzərdə tutulsa da, çox təəssüf ki buna riayət edilmir. Məsələn, qanunla siqaret satılan köşklərin məktəblərdən hansı məsafədə olması ilə bağlı qanunvericilikdə müəyyən tələblərin olmasına baxmayaraq, hələ də bir sıra məktəblərin yaxınlığında həmin köşkləri görmək mümkündür.Bu kimi hallara son qoyulmalıdır. Eyni zamanda bu qanunda 18 yaşına çatmayan şəxslərin idman-mərc oyunları ilə məşğul olmasının qadağan edilməsi nəzərdə tutulub, bu sahəyə nəzarət edən qurumların daha məsuliyyətli olmalarına ehtiyac var, bu kimi hallara imkan verməməlidirlər. Bu qanunun bölgələrdə icrasına da böyük ehtiyac var. Bu qanunda cənab Prezidentin gənclərlə görüşündə verdiyi çox önəmli mesajların öz əksini tapdığı, gənclərimizin məşğulluq, asudə vaxtlarının səmərəli keçirmələri, gənc alimlərimizin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər nəzərdə tutulduğu üçün bu qanun layihəsini dəstəkləyirəm”,- millət vəkili deyib.

Millət vəkili Q.Paşayevanın MM-də çıxışını bu linkdən izləyə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu