"Mərkəzi Klinik Xəstəxanaya daxil olarkən..."- Abel Məhərrəmovun həkimindən açıqlama


"Mərkəzi Klinik Xəstəxanaya daxil olarkən..."-


Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib.



AFN xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı Kamran Musayev unikal.org-a açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır:

"Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanaya daxil olarkən təzyiqi yüksək idi. Buna görə ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhətində problem yoxdur, bu gün evə buraxılacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu