Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yaydı


Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yaydı


Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AFN-ə verilən məlumata görə, Azərbaycanın rayonlarında isə 14-ü axşamdan 17-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu