ADRA-dan şikayət- Pulun nə üçün yığıldığı məlum deyil


ADRA-dan şikayət-


“Qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımına rast gələn hər bir vətəndaş şikayət edə bilər”.



Bu sözləri İnsider.az saytına açıqlamasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri Milli Məclisdə deputat Qüdrət Həsənquliyevin ADRA-nın ləğvi ilə bağlı çıxışına aydınlıq gətirərkən deyib.

O, Dövlət Reklam Agentliyi müfəttişləri tərəfindən mütəmadi monitorinqlər aparıldığını və qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımının aradan qaldırılması istiqamətində müvafiq addımlar atıldığını bildirib: “Bu işdə ictimai nəzarət də mühüm əhəmiyyət kəsb edir. Qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımına rast gələn hər bir vətəndaşdan bu barədə Agentliyin 1412 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

ADRA-dan şikayət-


“Reklam haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, reklam – istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır”.

Məhdudiyyət varmı?

Zərərli maddələrin reklamı ilə bağlı fikirlərə aydınlıq gətirərkən Hüseyn Azəri qanunda əmtəənin özü yox, onun barəsində yayımlanan məlumatın reklam kimi təsbit olunduğunu qeyd edib: “Eyni zamanda, qanunvericikdə tütün məmulatlarının və spirtli içkilərin ticarət obyektlərinin çöldən görünən hissəsində yerləşdirilməsinə hər hansı məhdudiyyət müəyyən edilməyib”.

Reklam plakatlarının qiymətləri hansı normalara əsasən hesablanır? Bunu vətəndaş agentliyə müraciət etmədən necə öyrənə bilər?

Hüseyn Azəri bildirdi ki, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumu və yayım haqqı Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanına əsasən tənzimlənir: "Hər bir şəxs Agentliyin rəsmi internet saytına (www.adra.gov.az) daxil olaraq reklam yerləşdirmək istədiyi ərazini və reklamın ölçülərini qeyd etməklə kalkulyator vasitəsilə qiymətləri avtomatik əldə edə bilər”.

Reklam rəqabəti məhv olub

“Bu qurum yarandıqdan sonra bizdə reklam rəqabəti və inkişafı məhv olmağa başlayıb”.

Bu sözləri Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi ilə bağlı fikirlərini deyərkən səsləndirib: “Azərbaycan Dövlət Reklam Agentliyi lazımsız bir qurumdur. Dünyanın hər yerində reklamlara nəzarət bələdiyyələrə tabedir. Bizdə bələdiyyələr qalıb pulsuz, amma hansısa təşkilat buna nəzarət edir, pul yığır, kimə verir, hara verir, bilinmir. Bu, dövlət büdcəsində görünmür, yəni bu pulun nə üçün yığıldığı məlum deyil.

ADRA-dan şikayət-


İndiyə qədər şəhərlərdə heç nə dəyişməyib. Vətəndaşlar sıxışdırılır, sahibkarlar pul vermək istəmir. Bununla yanaşı bu reklamlar şəhərin estetik görkəminə də mənfi təsir edir. Elə reklamlar var, şəhərin estetik görkəmini məhv edir. Gözəl reklamların çoxluğu şəhəri estetik baxımdan gözəlləşdirir. Həm də iqtisadi vəziyyət haqda müəyyən təəssürat yaradır. Məsələn, yerli istehsal məhsullarının geniş reklamları verilməlidir.

Reklam həm də informasiya ötürücüsüdür. Şəhərə gələn qonaqlara da müəyyən məlumatlar ötürür.

Sahibkarlardan reklam əvəzində yüksək məbləğ aldıqda, məsələn, bir mağaza üçün külli miqdarda məbləğ tələb olunduqda sahibkarın narazılığı yaranır. Bu, sahibkarlığın inkişafını əngəlləyir. Reklamı olmayan məhsulu tanıtmaq mümkün deyil. Öz istehsalımızda olan mallarda buna daha da geniş şərait yaradılmalıdır”.

Təşkilatdan hesabat tələb edilməlidir

Ziyanlı məhsulların reklamının hansı yollarla yayıldığına münasibət bildirən Hacıəmi Atakişiyev bu reklamı verənlərin gizli yollarla bu işi həyata keçirdiyini vurğulayıb: “Son vaxtlar ziyanlı məhsulların reklamı daha geniş yayılıb. Bu reklamları verənlər həmin agentliyin zəifliyindən istifadə edirlər. Təşkilata müəyyən yol taparaq qanunu pozurlar.

Bunun qarşısı alınmaq üçün çalışmaq lazımdır ki, bu təşkilatın apardığı işlər qanun çərçivəsində araşdırılsın. Bu təşkilatdan hesabat tələb edilməlidir”.

Reklam plakatlarının qiymətləri hansı normalara əsasən hesablanır?

Hacıəmi Atakişiyev: “Düzünü desək, bu hesablamaların hamısı “görüm-baxım” yolu ilə aparılır. Əslində qiymətləndirmə qanunvericiliyə uyğun aparılmalıdır. Bu məsələ stabil qiymətləndirmə komissiyası yaradılmaqla həll olunmalıdır.

Ümumiyyətlə bu qrumun fəaliyyəti araşdırılmalı, qurulan reklamların qiymətləri, müqavilələri, ödəniş müqaviləsi tələb edilməlidir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu