İnam Kərimov Sabirabadda vətəndaşları qəbul edəcək


İnam Kərimov Sabirabadda vətəndaşları qəbul edəcək


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 28 fevral 2019-ci il tarixdə, saat 11:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala, Sabirabad, Saatlı, Hacıqabul, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-213-04-72) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu