"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı: ARAŞDIRMA+FOTOLAR


"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:


Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli (əslində Qədimbəyli ticarət mərkəzinin formal sahibidir) bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb.

AFN xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib. "Son illərdə təkcə məmurlar deyil, işadamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem, zorən stabillik heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır" - deyə yazan jurnalist bildirib ki, Sədərəkdə ticarətlə məşğul olan iş adamlarından (hərçənd ki, onların işləri devalvasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır: "Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib.
Düzdür, Sədərək TM-in sahibi Çexiyadakı şirkətini - GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999).
Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb. Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxıb. Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib. Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5.
Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır".

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:

"Sədərək Yusif"in də Çexiyada varidatı üzə çıxdı:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu