“Bibisinin prezidentə əlbəəl məktub verdiyini nəzərə alıb işi təxirə saldılar”

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 14:17    |    Xəbər oxunub: 543 dəfə
“Bibisinin prezidentə əlbəəl məktub verdiyini nəzərə alıb işi təxirə saldılar”


“Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilənlər – Sənan Quliyev və Mövlud Səfərovun kassasiya məhkəməsi təxirə düşüb.

Hər iki şəxsin vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, prosesdən öncə hakimə müraciət edərək işin təxirə salınmasını istəyiblər: “Məhkumların və mənim cinayət işi ilə tanış olmağım, onların özünün də prosesdə iştirak etməsinin təmin olunması və xüsusilə‚ prezident İlham Əliyevin martın əvvəlində Şamaxı rayonuna səfəri zamanı bu işlə bağlı Sənan Quliyevin bibisi tərəfindən ölkə başçısına əlbəəl məktub verilməsini nəzərə alaraq işin təxirə salınmasını xahiş etdik. Ali Məhkəmənin hakimi Əli Seyfəliyev müraciətimizi nəzərə alıb prosesi mayın 8-dək təxirə saldı”.

S.Quliyevin qardaşı Səbuhi Quliyev bildirib ki, artıq məktubu təhvil verdikdən sonra onlara zəng edilib və məsələnin araşdırıldığı bildirilib.

Xatırladaq ki, 2015-ci il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti alaraq hadisə yerində dünyasını dəyişib. 1971-ci il təvəllüdlü Ruslan Əfəndiyev və Ceyhun Nağıyev isə sinəsindən bıçaq xəsarəti alıblar və xəstəxanaya yerləşdiriliblər. Onların həyatını xilas etmək mümkün olub. Hadisəni törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

İttihama görə, M.Səfərovun idman zalında bilmədən tatami üzərinə ayaqqabı ilə çıxması R.Əfəndiyevlə onun arasında mübahisəyə səbəb olub. Daha sonra əlbəyaxaya çevrilən münaqişəyə Azər Məmmədov, Mövlud Quliyev və Ceyhun Nağıyev də müdaxilə edib. S.Quliyev çantasında olan bıçağı çıxaraq adı çəkilən şəxsləri vurub. Hadisə nəticəsində S.Quliyev və M.Səfərov da döyülərək xəsarətlər alıblar.

Təqsirləndirilən şəxslər məhkəmədə ifadələri zamanı özlərini təqsirli bilmədiklərini deyiblər. M.Səfərov heç kimi vurmadığını, əksini özünün davada döyüldüyünü deyib və bildirib ki, Sənanın onları bıçaqladığını hadisədən sonra bilib.

S.Quliyev isə onu döydükləri üçün özünü müdafiə etmək də Azərlə Ruslanı qorxutmaq üçün bıçaq çıxarıb havada yellədiyini deyib, kimisə vurmaq niyyəti olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onların apellyasiya şikayəti təmin edilməyib, hökm qüvvədə saxlanılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Prezident bu şəxslərin pensiyasını artırdı

Prezident bu şəxslərin pensiyasını artırdı

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

“Laçın” Ticarət Mərkəzinin sahibinin oğluna hökm oxunub

Fuad Poladovun 71 illiyinə

Fuad Poladovun 71 illiyinə

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi-

Balans Studiyası Tofiq Tağızadənin 100 illiyinə “Mateo Falkone” filmini bərpa etdi- FOTOLAR

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

“Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?-

Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?- AÇIQLAMA

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər

"Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir"- Mətbuat Şurası rəsmisindən açıqlama

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

Kişi arvadından polisə şikayət etdi:

Kişi arvadından polisə şikayət etdi: “Məni döyür”

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Bu gün ETSN işçilərinin peşə bayramıdır

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

Deputat Rüfət Quliyev Lənkəran hava limanını Rusiyaya icarəyə verməyi təklif etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur