Qənirə Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib

Xəbərin çap versiyası
Tarix: 14-03-2019, 19:31    |    Xəbər oxunub: 507 dəfə
Qənirə Paşayeva MM-də vərəm xəstələrinə və onların ailələrinə dəstəyin artırılması ilə bağlı təkliflərlə çıxış edib


Millət vəkili Qənirə Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında vərəm xəstəliyi ilə bağlı keçirilən dinləmələrdə çıxış edərək bildirib ki, vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər sürətlənməlidir.



Vərəmlə mübarizədə bütün dünyada olduğu kimi Azərbaycanda müvafiq qurumların, cəmiyyətin mübarizəsi daha da genişlənməlidir deyən millət vəkili bildirib ki, vərəmlə mübarizə istiqamətində tədbirlərin gücləndirilməsi istiqamətində qanunvericiliyə əlavələrin edilməsinə ehtiyac olarsa qanuna təkrar baxılmasına, KİV-lərin və QHT-lərin dəstəyi ilə əhalinin maarifləndirilməsinin genişlənməsinə böyük ehtiyac var və telekanallarda vaxtaşırı vərəmlə bağlı maarifləndirici verilişlər olmalıdır deyib: “Vərəm xəstəliyinə qarşı mübarizə ilə bağlı ən effektli tədbirlərdən biri maarifləndirmə, təbliğatdır. Bu məsələdə ciddi maarifləndirməyə, təbliğat, izahat işlərinə ehtiyac var”. Millət vəkili qeyd edib ki, xüsusilə, mediada, telekanallarda bu yöndə maarifləndirici yazılar, verilişlər, proqramlar getməlidir. “Telekanallar bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. Mən telekanallarda bu yöndə proqramlara demək olar ki, rast gəlimirəm. Amma vaxtaşırı bu yöndə maarifləndirici verilişlər olmalıdır. Burada həmçinin, qeyri-hökumət təşkilatlarının (QHT) üzərinə çox böyük missiya düşür. Onlar da bu məsələdə ciddi fəallıq nümayiş etdirməli, maarifləndirmə işini gücləndirməlidirlər. Müvafiq qurumlar, bölgələrdə icra qurumları QHT-lərə bu istiqamətdə fəal iş aparması üçün ciddi dəstək olmalıdır. Çünki QHT-lər bu maarifləndirmə işinə böyük dəstək ola bilərlər. Eyni zamanda, qeyd edim ki, vərəm xəstəliyinin daşıyıcısı olan bir çox ailələrdə ciddi bigisizlik, məlumatsızlıq var. Bir çox ailələrdə artıq bu xəstəlik böyük bir bəlaya çevrilib, yəni, bütün ailə üzvləri məlumtasızlıq, maarifləndirmə olmadığı üçün bu xəstəliyin daşıyıcısına çevriliblər. Mən özüm təmsilçisi olduğum bölgədə bununla rastlamış, qarşılaşmışam. Ailənin bütün üzvləri bir otaqda vərəm xəstəsi ilə çox yaxın təmasda olur, onun əşyaları ilə, ümumiyyətlə evdə belə xəstə varsa, necə hərəkət etməli olduqlarını bilmirlər və bu da ailənin digər üzvlərinin də vərəmə yoluxmasında ciddi faktordur. Ona görə də vərəm xəstəsi olan ailələrin bu istiqamətdə maairləndirilməsinin genişləndirilməsi də çox vacibdir. Eyni zamanda vərəm xəstələri arasında dərmanlara müqavimətin getdikcə daha da gücləndiyini nəzərə alaraq, onların davamlı olaraq yeni və effektiv dərmanlardan dövlətin dəstəyilə istifadə edə bilməsi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Eyni zamanda vərəm xəstəliyinin genişlənməsi və ağırlaşmasında sosial faktorları da ciddi nəzərə almalıyıq və bu cür xəstələrə və onların ailələrinə sosial dəstəyi artırmalıyıq. Nəzərə alsaq ki, bu cür xəstələrin xəstəliklə mübarizədə dərmanlarla bərabər, onların yaxşı qidalanması, sosial vəziyyəti də əsas faktorlardandır, vərəm xəstələrinin ailələrinə sosial dəstəyin daha da artırılmasının vacibliyi hamımız fərqində olmalıyıq. Xüsusilə kəndlərdə, bölgələrdə xəstələrin mütəmadi olaraq həkim nəzarətində ola bilməsi, mütəmadi olaraq vərəmlə mübarizə istiqamətində mərkəzlərə, xəstəxanalara gedib gələ bilməsi üçün onlara maddi dəstək, eyni zamanda bu cür xəstələrə ambulatorda da olsa da, davamlı güclü nəzarəti təmin etməliyik. Eyni zamanda vərəm xəstələrinin əlilliyə çıxması ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətidnə ciddi addımlar atılmalıdır. Ölkəmizdə vərəmlə mübarizə istiqamətində ciddi işlər görülür. Əgər bu işləri daha da sürətləndirsək, vərəm xəstələrinin sayının daha da azalmasını, erkən diaqnozla və erkən müalicəsinin başlanması prosesini bu xəstələrə sosial dəstəklə genişləndirsək, vərəm xəstələrində ağırlaşma hallarının ciddi şəkildə azalda bilərik ki, inanıram ki, dövlət qurumları, MM-in və QHT-lərin birgə iştirakıyla keçirilən müzakirələrdə bu istiqamətdə sürülən təkliflər öz müsbət töhfəsini verə biləcə," - deyə millət vəkili bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur