Azərbaycanda hakim və məsləhətçisi həbs edildi

Xəbərin çap versiyası
Tarix: 15-03-2019, 19:23    |    Xəbər oxunub: 555 dəfə
Azərbaycanda hakim və məsləhətçisi həbs edildi


Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlərin məsuliyyət hissinin artırılmasına, vətəndaşların haqlı narazılığını doğuran korrupsiya və digər neqativ halların aradan qaldırılmasına xüsusi əhəmiyyət verilir.

Baş Prokurorluqdan verilən məlumata görə, təkcə son zamanlar Məhkəmə-Hüquq Şurası tərəfindən korrupsiya ilə bağlı 9 hakimin səlahiyyətlərinə xitam verilib və yaxud tutduğu vəzifədən azad edilib.

Qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanmış və istintaqın gedişində Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

Əflatun Amaşovdan Fuad Abbasovun saxlanılmasına münasibət

XİN:

XİN: Ermənistan "Arsenal"ın erməni futbolçusundan öz təxribatçı məqsədləri üçün istifadə edir

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Zelenski Ali Radanı buraxmaq səbəbini açıqladı

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Hesablama Palatasına yüksək səlahiyyət verilir

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhərində tvininq layihəsinin nəticələri ilə tanış olublar

Deputat:

Deputat: "Statistika Komitəsinin sədri bazara gedir ya yox?"

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Ermənistan əsir və girovların dəyişdirilməsi təklifinə cavab verib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində» mövzusunda «dəyirmi masa» keçirilib

Meriya vətəndaşların

Meriya vətəndaşların "Tarqovı"ya girişinin qadağan edilmə xəbərinə reaksiya verdi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub-

Şəkidə Beynəlxalq Keramika Simpoziumunun açılış mərasimi baş tutub- FOTOLAR

Sabunçu bazarında yanğın -

Sabunçu bazarında yanğın - FOTOLAR

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur