Şəkidə yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 15:32    |    Xəbər oxunub: 588 dəfə
Şəkidə yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək-


Qədim tarixə və böyük turizm potensialına malik Şəki şəhərində əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası sürətlənmdirilib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin növbəti mərhələsində yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək. Layihənin icra vəziyyəti və görüləcək işlər Şəki şəhərində keçirilmiş təqdimatda geniş müzakirə olunub.



Şəki Şəhər İcra Hakimiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu layihə əhalinin sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını xatırladaraq Şəki şəhərində layihənin birinci mərhələsi üzrə işlərin uğurla yekunlaşdığını vurğulayıb.

Təqdimat zamanı məlumat verilib ki, “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.

Layihənin birinci mərhələsində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb.

Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi

məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək.

Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

Şəkidə yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək-
Şəkidə yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək-
Şəkidə yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək-
Şəkidə yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Dollar kreditləri ilə bağlı daha bir problem -

Dollar kreditləri ilə bağlı daha bir problem - Ekspert MBNP-ni ifşa etdi

"Rabitəbank"ın riskli gələcəyi:

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

İlham Əliyevdən Milli Mətbuat Günü paylaşımı-

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

DGK-nın bəzi gömrük ödənişləri “ASAN ödəniş” sistemində

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” -

“Hakimiyyət ciddi dəyişikliklərdən çəkinir…” - “KİVDF ləğv olunmalıdır”

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur

Yol polisi deputatı özündən çıxardı:

Yol polisi deputatı özündən çıxardı: “Mənim toxunulmazlıq hüququm var”

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Milli Mətbuat günündə Azercell-dən 1875 dəqiqə hədiyyə!

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

Özünü güllələyən polisin ölümü ilə bağlı cinayət işi başlandı

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir:

ƏMDK mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur